Home Contact Phone
background
  • Ünvan: Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Qubadlı rayon İcra Hakimiyyəti
  • Faks: (+99418) 655-75-98
  • E-mail: mail@qubadli-ih.gov.az

Xəbərlər

  • Dünya Azərbaycanlılarının Həmrəylik Günü ...

    Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Qubadlı rayonunda tədbir keçirilmişdir

    2018-12-28

    28 dekabr 2018-cı il tarixində Sumqayıt şəhərində yerləşən “Bəyaz Saray” şadlıq evində Qubadlı RİH-nin və AzTV-nin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təntənəli tədbir keçirilmişdir. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, Qarabağ veteranları, idmançılar və gənclər iştirak edirdi.

  • Azərbaycan xalqının Ümummilli lideri Heydər ...

    Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunmuş elmi-praktiki konfrans

    2018-12-12

    12 dekabr 2018-ci il tarixində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü münasibətilə Qubadlı rayon İcra hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə elmi-praktiki konfrans keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov, RİH-nin məsul işçiləri, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

  • 29 noyabr tarixində Sumqayıt şəhər Yaşıldə...

    29 noyabr tarixində Sumqayıt şəhər Yaşıldərə yaşayşı massivində Arı məhsullarının qablaşdırılması müəssisənin açılış mərasimi keçirilmişdir.

    2018-11-29

    Qubadlı rayonunda da arıçılığı inkişaf etdirmək məqsədi ilə son illərdə “Qubadlı Arıçıları” ictimai birliyi bir sıra tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsi olaraq arı ailələrinin sayının 5 min 200-ə yaxınlaşması onu deməyə əsas verir ki, bu sahə üzrə potensial var.

  • “ Ölkəmizi tanıyaq” tur aksiyada iştirak e...

    “ Ölkəmizi tanıyaq” tur aksiyada iştirak edəcək məktəblilərlə görüş keçiridi

    2018-11-13

    Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən növbəti marifləndirici tur-aksiyası çərçivəsində 13 noyabr 2018-ci il tarixində Qəbələ-Şəki-Zaqatala bölgəsinə səyahət edəcək Qubadlı rayon məktəblərindən seçilmiş 20 nəfər, fəal və istedadlı şagirdlərlə Sumqayıt şəhərində yerləşən Qubadlı Rayon Təhsil şöbəsinin binasında görüş keçirildi.

  • 9 NOYABR---Dövlət Bayrağı Günüdür

    9 NOYABR---Dövlət Bayrağı Günüdür

    2018-11-08

    8 noyabr 2018-ci il tarixdə Qubadlı Rayon İcra Haimiyyəti və YAP Qubadlı Rayon təşkilatının birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Günü münasibəti ilə Sumqayıt şəhərində yerləşən Dövlət Bayraq Müzeyində tədbir keçirildi. Tədbirdə RİH-nin məsul şəxsləri, idarə müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Foto qalereya