Az En Ru
Home Contact Phone
background
  • Ünvan: Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Qubadlı rayon İcra Hakimiyyəti
  • Faks: (+99418) 655-75-98
  • E-mail: mail@qubadli-ih.gov.az

Xəbərlər

  • Ağdamın işğaldan azad olunması tarixi hadisə...

    Ağdamın işğaldan azad olunması tarixi hadisədir

    2020-11-25

    20 noyabr 2020-ci il tarixində Ağdamın azad olunması münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət etmişdir. Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır.

  • Qalib Prezidentə xalqın ehtiramı

    Qalib Prezidentə xalqın ehtiramı

    2020-11-20

    16 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinəsəfər etmişdir. - Xalq qalib ordunun Ali Baş Komandanını xüsusi coşqu və izdihamla qarşıladı. -Qələbə hisslərini yaşadan Prezidentə xalq öz sevgisini nümayiş etdirir.Qələbədən sonra bölgələrə ilk səfərini edən Prezident əslində sevinc hisslərini öz xalqıyla bölüşmüş oldu. Hər zaman xalqın dəstəyinə arxalanan Prezident xalqın məhəbbətinə layiq görülüb. Xalqın rəğbəti, məhəbbəti və dəstəyiniqazanmaqhər bir ölkə başçısı üçün ən böyük mükafatdır.

  • Azərbaycan xalqı Qarabağa həyat qaytaracaqdır

    Azərbaycan xalqı Qarabağa həyat qaytaracaqdır

    2020-11-20

    16 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinəsəfər etmişdir. - Qarabağın tacı olan Şuşa şəhərinə aparan yolun açılışı əlamətdar hadisədir.Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimi Qarabağa həyatın qaytarılmasının rəmzidir. Eyni zamanda, bu yol işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir.Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu böyük quruculuq işlərinin ilk layihəsidir.

  • Vətən müharibəsində əldə edilmiş qələbə...

    Vətən müharibəsində əldə edilmiş qələbə və üçtərəfli Bəyanat

    2020-11-16

    - Azərbaycan yeni reallıq yaratdı, Ermənistanın kapitulyasiyası oldu. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. - Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı. - Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi.

  • Qarabağa heç bir status verilmir

    Qarabağa heç bir status verilmir

    2020-11-16

    - "Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur, tamamilə süquta uğrayıb. - Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. - Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində vətənin keşiyini çəkə biləcək. - Laçının tam azad edilməsindən sonra Dövlət Sərhəd Xidməti Azərbaycanın ümumi uzunluğu 3360 km. olan bütün su və quru sərhədində vətənimizin keşiyini çəkə biləcək. - Ermənistan özünün məğlub və darmadağın olmuş silahlı qüvvələrinin qalıqlarını çıxarmaq öhdəliyini götürdüyünə görə sülhməramlı qüvvələrin vəzifəsi oradakı mülki ermənilər və Azərbaycan silahlı qüvvələri arasındakı hər hansı insidentin qarşısını almaq olacaq.

  • Azərbaycana qarşı beynəlxalq təzyiqlər

    Azərbaycana qarşı beynəlxalq təzyiqlər

    2020-11-16

    - Qlobal məsələlərlə bir-birinə qarşı daim antaqonist mövqe tutan həmsədr ölkələr, maraqlıdır ki, Qarabağ məsələsində eyni mövqedən çıxış edirdi. Bu mövqe Azərbaycanı işğalın nəticələri ilə barışmağa, Azərbaycan xalqının iradəsini sındırmağa və Dağlıq Qarabağda,ətraf 7 rayon daxil olmaqla, ikinci erməni dövlətinin yaradılmasına dəstək verirdilər. - Danışıqlar prosesi imitasiya edilirdi, mahiyyət etibarilə “for long occupation”a (uzun müddətli işğala) hesablanmışdı və müxtəlif sayda rayonların gah əvvəl, gah sonra qaytarılmasının müzakirə mövzusuna çevrilməsi ilə “baş altına yastıq” qoyulmasına çalışılırdı.

  • Qarabağa qayıdış

    Qarabağa qayıdış

    2020-11-16

    - Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb, torpaqlarımız işğaldan azad olunub. - Erməni tərəfinin biabırçı məğlubiyyəti haqqında hər gün yeni faktlar acıqlanır. - Azərbaycanın 400 nəfərlik rəşadətli döyüşçüləri Şuşada möhkəmlənmiş üç mindən çox erməni elit hərbi hissələrini qaçmağa məcbur etmişdir. - Təbii coğrafi istehkam olan Şuşanı bir neçə gün ərzində az itkilərlə və şə

  • Bu qələbə azərbaycanlılar haqqında məğlub ...

    Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı.

    2020-11-16

    - Türkiyənin qəti mövqeyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etmişdir. - Türkiyədən dəstək və həmrəylik nümayişi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. - Rusiya və Türkiyə ali rəhbərliklərinin davamlı əlaqəsi, onların Azərbaycan Prezidenti ilə də məsləhətləşmələr aparmalarından sonra ədalətli tələb qəbul edildi. - Rusiya atəşkəsin əldə olunması üçün ən çox fəaliyyət göstərib və münaqişədə neytral mövqe tutub.

  • Azərbaycan tarixi Qələbəni döyüş meydanınd...

    Azərbaycan tarixi Qələbəni döyüş meydanında qazandı

    2020-11-12

    08 noyabr 2020-ci il tarixində Şuşanın azad olunması və 10 noyabr 2020-ci il tarixində Qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət etmişdir. Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gündür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Sitat:İmzalanmış bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm.

  • İqtisadi gücümüz qələbəni əldə etmək pot...

    İqtisadi gücümüz qələbəni əldə etmək potensialımızı təmin etdi

    2020-11-12

    08 noyabr 2020-ci il tarixində Şuşanın azad olunması və 10 noyabr 2020-ci il tarixində Qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət etmişdir. Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. İqtisadi müstəqilik ordumuzu gücləndirmək üçün imkan yaradıb. Ordu üçün lazım olan bütün hərbi texnikanı, silahları alırıq.Azərbaycanda müdafiə sənayesi yaradıldı. Ordumuzun tələbatı böyük dərəcədə daxili istehsal hesabına təmin edilir.

  • Qubadlinın yeni kəndləri işğaldan azad edildi

    Qubadlinın yeni kəndləri işğaldan azad edildi

    2020-11-10

    9 noyabr 2020-ci il tarixdə Qubadlı rayonunun Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaramanlı, Xəndək, Həmzəli, Mahruzlu, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri müzəffər ordumuz tərəfindən işğaldan azad olunmuşdur.

  • Ermənistan həmişə münaqişənin sülh yolu il...

    Ermənistan həmişə münaqişənin sülh yolu ilə həllinə qarşı olub

    2020-11-06

    28 oktyabr 2020-ci il tarixdə Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibə vermişdi. Ermənistanın Azərbaycana qarşı təxribatları davamlı və məqsədyönlü olub. Birinci hərbi təxribat iyul ayında törədilmişdir. İkinci hərbi təxribat avqust ayında baş vermiş, Ermənistan qətllər törətmək üçün diversiya qrupu göndərmişdir.Üçüncü hərbi təxribat sentyabrın 27-də törədilmiş, erməni tərəfi təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutmuşlar.

  • Koronavirus infeksiyası ilə bağlı görülən i...

    Koronavirus infeksiyası ilə bağlı görülən işlər davam etdirilir

    2020-11-05

    Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə müvafiq tapşırıqlara əsasən, koronavirus infeksiyası ilə bağlı Qubadlı rayonunda təxirəsalınmaz, qabaqlayıcı tədbirlər davam etməkdədir.

  • Qubadlinın daha 3 kəndi işğaldan azad edildi

    Qubadlinın daha 3 kəndi işğaldan azad edildi

    2020-11-04

    4 noyabr 2020-ci il tarixdə Qubadlı rayonunun Başarat, Qarakişilər və Qaracallı kəndləri müzəffər ordumuz tərəfindən işğaldan azad olunmuşdur.

  • Yeni kəndlər işğaldan azad olundu

    Yeni kəndlər işğaldan azad olundu

    2020-11-02

    2 noyabr 2020-ci il tarixdə Qubadlı rayonunun Muradxanlı, İşıqlı və Milanlı kəndləri müzəffər ordumuz tərəfindən işğaldan azad olunmuşdur. Qubadlı bizimdir, Qarabağ Azərbaycandır!

  • QUBADLI ŞƏHƏRİ VƏ BİR ÇOX KƏNDLƏRİNİN ...

    QUBADLI ŞƏHƏRİ VƏ BİR ÇOX KƏNDLƏRİNİN İŞĞALDAN AZAD OLUNMASINA GÖRƏ ALİ BAŞ KOMANDAN, MÖHTƏRƏM PREZİDENT İLHAM ƏLİYEVƏ TƏŞƏKKÜR MƏKTUBU

    2020-10-31

    Cənab Ali Baş Komandan, Möhtərəm Prezident! Biri-birinin ardınca rayonlarımızın və kəndlərimizin erməni işğalından azad edilməsi xalqımızın hədsiz sevinci ilə qarşılanır. Xoşbəxtik ki, doğma yurdumuz Qubadlı şəhəri və bir çox kəndləri də azad olunan yaşayış məntəqələri sırasındadadır. Sizə- Azərbaycan xalqının sevimli oğluna və qətiyyətli liderinə Qubadlışəhərinin və bir çox kəndinin işğaldan azad edilməsi münasibəti ilə rayonunun bütün ictimaiyyəti adındandərin minnətdarlığımızı bildirirk. Həmişə Sizinlə olan, uzaqgörən, müdrik və qətiyyətli siyasətinizi birmənalı şəkildə dəstəkləyən qubadlılar möhkəm inanır ki, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə tezliklə erməni işğalına son qoyulacaq, qələbə bayrağımız Şuşamızda, Xankəndimizdə dalğalanacaqdır.

  • Başqa ölkələrin arxasında gizlənmək Erməni...

    Başqa ölkələrin arxasında gizlənmək Ermənistanın dövlət siyasətidir

    2020-10-31

    29 oktyabr 2020-ci il tarixdə prezident İlham Əliyev Rusiyanın “İnferfaks” agentliyinə müsahibə vermişdir. - Rəsmi İrəvanın siyasəti artıq ifşa olunub. Erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürdüyü andan etibarən Azərbaycan döyüşləri dayandırmağa hazırdır. Atəşkəs rejimini artıq üç dəfə kobud şəkildə pozan Ermənistan siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirir.

  • Münaqişənin həlli regionun sürətli inkişaf...

    Münaqişənin həlli regionun sürətli inkişafına səbəb olacaqdır

    2020-10-31

    29 oktyabr 2020-ci il tarixdə prezident İlham Əliyev Rusiyanın “İnferfaks” agentliyinə müsahibə vermişdir. - Azərbaycan xalqı öz doğma torpaqlarına qayıtmalıdır. Azərbaycanlılar əvvəl yaşadıqları bütün işğal olunmuş ərazilərə qayıtmalıdırlar. Azərbaycanlılar təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən işğal edilmiş yeddi rayona deyil, o cümlədən əsrlər boyu yaşadıqları ərazilərə, torpaqlara qayıtmalıdırlar. - İşğaldan azad edilmiş ərazilərdə müvəqqəti olaraq dəymiş ziyanın hesablanması üçün komendaturalar yaradılacaqdır. Hər şey inventarlaşdırılacaq, vurulmuş ziyan qiymətləndiriləcək və sonra vətəndaşların oraya qayıdacağı mərhələdə müvafiq hüquqi prosedurlar aparılacaqdır.

  • Hərbi əməliyyatlara Ermənistan başlayıb

    Hərbi əməliyyatlara Ermənistan başlayıb

    2020-10-30

    26 oktyabr 2020-ci il tarixdə Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə vermişdir. - Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər.

  • Qubadlinın daha 3 kəndi işğaldan azad edildi

    Qubadlinın daha 3 kəndi işğaldan azad edildi

    2020-10-30

    30 oktyabr 2020-ci il tarixdə Qubadlı rayonunun Kavdadıq, Məmər və Mollalı kəndləri müzəffər ordumuz tərəfindən işğaldan azad olunmuşdur. Qubadlı bizimdir, Qarabağ Azərbaycandır!

  • Qubadlının daha üç kəndi işğaldan azad olun...

    Qubadlının daha üç kəndi işğaldan azad olundu

    2020-10-29

    28 oktyabr 2020-ci il tarixdə Qubadlı rayonunun Qiyaslı, Əbilcə və Qilican kəndləri müzəffər ordumuz tərəfindən işğaldan azad olunmuşdur. Qubadlı bizimdir, Qarabağ Azərbaycandır!

  • Ermənistanın hərbi itkiləri

    Ermənistanın hərbi itkiləri

    2020-10-29

    26 oktyabr 2020-ci tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etmişdir. 252 tank məhv edilib, 53 tank qənimət kimi götürülüb. Toplam 305 tankdan Ermənistan məhrum edilib. Amma hələ tankları var. Görün nə qədər tank olub onlarda. 50 piyadaların döyüş maşını məhv edilib, 29-u qənimət kimi götürülüb – cəmi 79 ədəd.

  • Hərbi əməliyyatlara Ermənistan başlayıb və ...

    Hərbi əməliyyatlara Ermənistan başlayıb və məqsədi danışıqlar prosesini tamamilə pozmaq idi

    2020-10-29

    26 oktyabr 2020-ci il tarixdə Prezident İlham Əliyev Abş-ın “FoxNews” televiziya kanalına müsahibə vermişdir. - Sentyabrın 27-də döyüşlərə başlayan Azərbaycan olmamışdır. Bu vaxta kimi heç bir ölkənin rəsmi nümayəndəsi bu məsələni qaldırmayıb. Atəşkəsi pozan Ermənistan olmuşdur və məqsəd danışıqlar prosesinə zədə vurmaq idi. Ermənistan avqustda hərbi Azərbaycanın mövqelərinə nüfuz etmək, mülki şəxslərə və hərbi qulluqçulara hücum etmək üçün diversiya qrupu göndərdi. Sentyabrın 27-də onlar ağır silahlardan artilleriya bombardmanına başladılar və hücumun ilk saatlarında mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur. Bu vaxta kimi mülki şəxslər arasında 63 nəfər öldürülmüş, 300 nəfər mülki şəxs yaralanmışdır. Hücuma başlayan Ermənistan idi, Azərbaycan özünü müdafiə etməli və cavab verməli idi. Cavab çox adekvat olmuşdur və nəticədə işğal olunmuş ərazilərin mühüm hissəsini azad edilib.

  • Türkiyə Azərbaycanın ən yaxın müttəfiqi v...

    Türkiyə Azərbaycanın ən yaxın müttəfiqi və dostudur, amma sadəcə siyasi dəstək verir

    2020-10-29

    26 oktyabr 2020-ci il tarixdə Prezident İlham Əliyev Abş-ın “FoxNews” televiziya kanalına müsahibə vermişdir. - Türkiyə Azərbaycana siyasi dəstək verir. Azərbaycan qürurlu və xoşbəxtdir ki, belə böyük ölkə tərəfdaşıdır. Hər bir ölkənin dostu və müttəfiqlərinin olmasına haqqı var. Ermənistanın öz müttəfiqləri var. Türkiyənin müharibə çağırışı yoxdur. Qətiyyən! Buna dair heç bir dəlil belə yoxdur. Türkiyə yalnız siyasi dəstək verir və bu kifayətdir. Çünki Türkiyə deyəndə ki, onlar Azərbaycanın yanındadırlar və Azərbaycan tək deyil. Ola bilsin ki, bu, münaqişəyə müdaxilə etmək və öz maraqlarını təmin etmək istəyən hər kəsə bir mesajdır.

  • Azərbaycan ordusu döyüş meydanında tarixi əd...

    Azərbaycan ordusu döyüş meydanında tarixi ədaləti bərpa edir

    2020-10-28

    26 oktyabr 2020-ci tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etmişdir. Sitat: İkinci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsidir. Sitat: Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir. Sonuncu azad edilmiş yaşayış məntəqələrinin siyahısı- Zəngilan rayonu: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd Cəbrayıl rayonu: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər.