Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 26-ci ildönümü

20 yanvar 2016 | 16:00

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “20 Yanvar faciəsinin 26-ci ildönümünün keçirilməsi ilə bağlı” imzaladığı Sərəncama uyğun olaraq Qubadlı rayonunda da “20 Yanvar faciəsi”nin 26-ci il dönümünə həsr olunumuş silsilə tədbirlər keçirilir. Bu tədbirlərin yekunu olaraq 19 yanvar 2016-ci il tarixində Hafiz Quliyev adına Qubadlı rayon Çaytumas məktəb liseyində Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “20 Yanvar” şəhidlərinin anım mərasimi keçirilmişdir. Təşkil olunmuş tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva, RİH-nin məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri, məktəbin şagird və müəllim kollektivi iştirak etmişdilər.
Tədbir iştirakçıları xalqımızın azadlığı və torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükütla yad etdikdən sonra, məktəbin direktoru Şamama Həsənova tərəfindən açıq elan edilən mərasimdə 20 Yanvar faciəsinə həsr olunmuş video çarx nümayiş etdirildi. Sonra məktəbin tarix müəllimi Süleymanov Elşad məruzə ilə çıxış etdi. Məruzəçi qeyd etdi ki,  Azərbaycanın milli-azadlıq hərəkatında xüsusi yeri və rolu olan, Azərbaycan tarixində qan yaddaşı kimi yazılmış 20 Yanvar hadisələri, eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. 20 Yanvar hadisəsi zamanı 137 insan şəhid olmuş, 744  adam  ağır  xəsarət almış, onlardan 331 nəfər bu gün də əlil olaraq qalır. Həmin hadisədə Azərbaycanda 870 nəfər həbs olunmuş, müxtəlif işgəncələrə məruz qalmışlar. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini daha da birləşdirdi, onların mübarizliyini daha da artırdı.
Sonra çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva  20 Yanvar hadisələrinə ilk siyasi qiymətin məhz umummilli lider Heydər Əliyev tərəfindən verildiyini vurğulayaraq qeyd etdi ki, bu gün 20 Yanvar hadisələrinin milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu. Hal-hazırda əsası Ulu  Öndər tərəfindən qoyulan və bu siyasətin laiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli fəaliyyətinin nəticəsində dünya ölkələri içərisində ölkəmiz inkişafına, nüfuzuna görə xüsusilə seçilir.
Sonda məktəblilərin ifalarında “20 Yanvar” şəhidlərinin şərəfinə hərbi vətənpərvərlik mövzusunda şerlər səsləndirildi, ədəbi-bədii kompazisiya nümayiş olundu.

Keçidlər