Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət başçısı cənab İlham Əliyevin Prezident yanında Təhlükəsizlik Şurasının iclasında verdiyi tapşırıqların icrasına uyğun olaraq Qubadlı rayon icra hakimiyyətində ümumrayon toplantısı

05 aprel 2016 | 16:00

05 aprel 2016-cı il tarixində Dövlət başçısı cənab İlham Əliyevin Prezident yanında Təhlükəsizlik Şurasının iclasında verdiyi tapşırıqların icrasına uyğun olaraq Qubadlı rayon icra hakimiyyətində ümumrayon toplantısı keçirilib.
Toplantıda rayonun idarə, müəssisə rəhbələri ilə yanaşı rayon ağsaqqaları, ehtiyatda olan zabitlər, Böyük Vətən müharibəsi veteranları, rayon ictimaiyyəti, fəal gənclər iştirak edirdilər,
Dövlət hinminin səsləndirilməsi və torpaqların azadlığı, müdafiəsi uğrunda şəhid olan vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə tədbir açıq elan edildi.
Sonra çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov aprel ayının əvvəllərində cəbhə bölgəsində baş verən hadisələrlə bağlı məlumat verərək bildirdi  ki,  xalqımız Ali Baş Komandan prezident cənab İlham Əliyevin rəhbərliyi altında növbəti qələbəsini qazandı. Qeyd olundu ki, Ermənistan tərəfindən həyata keçirilən növbəti təxribatın qarşısını alan Azərbaycan ordusu düşməni lazımı şəkildə cəzalandırdı və düşmən böyük itkilər verdi. Ordumuzun sayıqlığı nəticəsində ermənilərin atəş nöqtələri məhv edildi, erməni təxribatçılarına laiqli cavab verildi, ermənilərin yüzlərlə əskəri, silahli texnikası məhv edildi, düşmən tapdağında olan 2 Azərbaycan kəndi- Talış və Seysulan kəndləri  və bir sira strateji yüksəkliklər o cümlədən, geniş bir ərazini nəzarətdə saxlamağa imkan verən strateji əhəmiyyətli “Lələ təpə” yüksəkliyi azad olundu. Bu isə öz növbəsində ordumuzun hansı gücə malik olduğunu bir daha təsdiq etdi.
Sonra  tədbirdə Mili Məclisin deputatı İmamverdi İsmayılov, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev, Xıdırlı məktəbinin direktoru, keçmiş döyüşçü Məhyəddinov İnanəddin, Qarabağ əlilləri Cəmyətinin sədri Füzuli Eminov, Ehtiyatda olan Polkovnik Qiyas Babayev, Dünya çempionu Şirin Məmmədov və başqaları nitq söyləyərək qələbə münasibətilə rayon ictimaiyyətini təbrik ediblər. Çıxış edənlər vurğuladılar ki, bu gün artıq dünya içtimaiyyəti erməni hakimiyyətinin iç üzünü görür və onları Azərbaycan torpaqlarından geri çəkilməyi tələb edirlər. Eyni zamanda bildirildi ki, bu gün insanlar arasında əhval ruhiyyə yüksək səviyyədədir. Azərbaycan xalqı vətənin müdafiəsi istiqamətində öz həmrəyliklərini nümayiş etdirirlər və hər an vətənin azadlığı uğrundan canların keçməyə hazırdılar.
Sonda ümumrayon toplantısında Azərbaycan Republikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarına müraciət qəbul edildi.

Keçidlər