Şriftin ölçüsü :

Saytın rəngi :

“Fitnə” sənədli filiminin nümayişi oldu

22 iyun 2016 | 16:00

İyunun 22-də Qubadlı rayon İcra hakimiyyətinin və DQİDK-nin  birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən 28 may mədəniyyət evində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan, ssenari müəllifi Nadir Bədəlov olan “Fitnə” sənədli film nümayiş olunub. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva, Rayon İcra Hakimiyyətinin başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin  müavini-dini qurumlarla işin təşkilatçısı Elşən Qəhrəmanov, DQİDK-nin Sumqayıt şəhər bölgəsi üzrə şöbə müdiri Şirin Cəfərov, rayonun ziyalıları, din xadimləri və gənclər iştirak edirdilər.
Tədbir açıq elan edildikdən sonra çıxış edən  Qubadlı rayon İcra Hakimiyyətinin başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin  müavini-dini qurumlarla işin təşkilatçısı Elşən Qəhrəmanov Azərbaycanda dinlər, məzhəblər arasında tarixən mövcud olmuş birlik və bərabərlik, xalqımızın tolerantlıq keyfiyyətləri, dövlətin bu sahədə həyata keçirdiyi siyasətin mahiyyətindən danışdı. Natiq bildirib ki, Gənclərin maarifləndirilməsi, onların milli mənəvi dəyərlərimizə bağlılığının qorunması, milli yaddaşın möhkəmlənməsi, ölkəmizdə mövcud tolerant mühitin təbliği baxımından bu film böyük əhəmiyyət kəsb edir. Gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi, bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün bu tipli maarifləndirici filmlərin çəkilməsinin və istiqamətləndirici tədbirlərin daha çox keçirilməsinin önəmini qeyd edib.
Daha sonra DQİDK-nin Sumqayıt şəhər bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi bildirdi ki, dini radikalizmlə mübarizə çərçivəsində respublikanın bütün bölgələrində regional konfranslar təşkil olunur, çoxsaylı seminarlar, görüşlər keçirilir, həmçinin, müxtəlif kitab və digər çap materialları nəşr edilərək yayılır. Lakin aparılan  təhlillərin nəticəsi təsdiqləyib ki, dini radikalizmin fəsadlarını cəmiyyətin bütün təbəqələrinə çatdırmaq və insanları məlumatlandırmaqla onları bu mübarizəyə cəlb etmək üçün peşəkar səviyyədə sənədli filmin çəkilməsinə ciddi ehtiyac var. Bu səbəbdən də Dövlət Komitəsi dini radikalizmlə mübarizə çərçivəsində radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərinin işıqlandırıldığı “Fitnə” adlı sənədli film hazırlayıb. Natiq filmdə dini radikalizmin qurbanı olmuş insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğunu dolğun şəkildə açıqlayıb.
Sonda film nümayiş olundu.

Keçidlər