Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon Təhsil işçilərinin sentyabr konfransı

06 sentyabr 2016 | 16:00

06.09.2016-cı il tatixdə Qubadlı rayon İcra Hakimiyyətinin akt zalında Qubadlı rayon Təhsil Şöbəsinin ənənəvi sentyabr konfransı öz işinə başlamışdır. Konfransda Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Təhsil Nazirliyinin məsul nümayəndəsi, Təhsil Nazirliyində Təhsilin inkişafı şöbəsi, keyfiyyətin təminatı sektorunun müdiri Əsgərova Almaz, idarə, müəssisə və təşkilat rəhbərləri, müəllimlər, məzunlar və valideynlər iştirak etmişlər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra Konfrans Təhsil Şöbəsinin müdiri Afət xanım Allahverdiyevanın açılış nitqi öz işinə  başlamışdır. A.Allahverdiyeva konfransın 07.09.2016-cı il tarixdə bölmə iclası ilə birlikdə iki gün davam edəcəyini qeyd etdi. Natiq 2015-2016-cı tədris ilində Qubadlı rayon Təhsil Şöbəsinin uğurlarından və qarşıda duran vəzifələrdən danışdı. A. Allahverdiyeva qeyd etdi ki, bu il XI siniflərini isə 367 şagird bitirmişdir. Nə xoşdur ki, bu şagirdlərdən 183 nəfər Respublikamızın büfuzlu ali məktəblərinə daxil olaraq təhsilin növbəti pilləsində təhsillərini davam etdirəcəklər. Təhsil Şöbəsinin müdiri bunu da vurğuladı ki, tələbə adını qazanan şagirdlərdən 14 nəfər 600 baldan yuxarı nəticə göstərmişdir. Sevindirici hallardan biridə bu olmuşdur ki, Xələc kənd tam orta məktəbinin şagirdi 686 bal toplayaraq həm rayonda həm də Respublikamızda yüksək bal toplayanlar arasında Prezident Təqaüdünə layiq görülmüşdür.
Təhsil Nazirliyinin nümayəndəsi qaçqın və köçkün rayonlar arasında Qubadlı rayonunun və təhsil şöbəsinin xüsusi çəkisi olduğunu vurğuladı.  Konfransda Qubadlı RİH-nin başçısı hörmətli Malik İsaqov cənabları da fikirlərini söylədi. Natiq qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin dediyi kimi müəllim cəmiyyətdə ən hörmətli peşələrdən biridir. Bu peşə sahibləri cəmiyyətimiz və geniş mənada Azərbaycanımız üçün şəxsiyyət yetişdirirlər.  Ona görə də cəmiyyət üçün həqiqi mənada şəxsiyyət yetişdirən insanlar bu gün Ölkə Rəhbərinin diqqət və qayğısından kənarda qalmamışlar. Məcburi köçkün rayonlar arasında sadəcə Qubadlı müəllimlərinin dioqnostik qiymətləndirmədən keçməsi bizi həm ruhlandırır həm də sevindirir. Natiq sonda onu da qeyd etdi ki, qlobal problemlərin  və dini radikal meyilli, ekstrimist ünsürlərin dünyada sabitliyi pozduğu bir zamanda biz xalq və çoxminlik müəllim ordusu olaraq bu kimi neqativ halların qarşısın almalıyıq  və dövlətimizə kömək etməliyik.
Sonda yüksək nəticələr göstərmiş məzunlar İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov, Təhsil Şöbəsinin müdiri Afət xanım Allahverdiyeva və Təhsil Nazirliyinin nümayəndəsi Almaz xanım Əsgərova tərəfindən qiymətli hədiyyələrlə təbrik edilmişlər.

Keçidlər