Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayon İcra Hakimiyyətində IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı İslam Abbasovla görüş

26 may 2017 | 16:00

26 may 2017-ci il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasında rayonun idmançıları ilə görüş keçirildi. Görüşdə rayon icra Hakimiyyətinin başçısı Malik İsaqov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri,  rayonun müxtəlif nailiyyətləri olan idmançıları, o cumlədən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı İslam Abbasov iştirak edirdilər.
Tədbir açıq elan edildikdən sonra IV İslam Həmrəyliyi Oyunlarında qazandıqları yüksək nailiyyətə görə idmançıları təbrik edən rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov qeyd etdi ki, dövlətimizin başçısının idmançılara xüsusi həssaslıqla yanaşması, yeni Olimpiya idman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları ölkəmizdə idmanın kütləviləşməsinə əlverişli şərait yaradıb. Son illərdə Azərbaycanda 50-dək yeni olimpiya idman kompleksi, bir sıra müxtəlif idman növləri üçün möhtəşəm arenalar istifadəyə verilib. Bu onun göstəricisidir ki, Azərbaycan idmanı çiçəklənmə dövrünü yaşayır.
İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarından bəhs edərək qeyd etdi ki, Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə ev sahibliyi edərək tarix yazdı. On gün ərzində davam edən İslamiada yarışlarında 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 2000-dək komanda rəsmisi və texniki nümayəndə iştirak etmişdir. Atletlər idmanın 24 növü üzrə keçirilən yarışlarda 269 dəst medal uğrunda mübarizə aparmışdılar. Oyunların yekun nəticələrinə görə Azərbaycan iştirakçı ölkələr arasında 75 qızıl, 50 gümüş və 37 bürünc medalla birinci oldu. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında Respublikanı təmsil edən idmançılardan olan Qubadlı rayon sakini İslam Abbasov 85 kq çəki dərəcəsində güləşərək binciliyi əldə etmiş və İslamiadanın qızıl medalına layiq görülmüşdür. Bütün bu uğurlar məhz əsası ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Cənab prezident İlham Əliyevin davam etdirdiyi məqsədyönlü siyasətin nəticəsidir və bu istiqamətdəki fəaliyyət ölkəmizin beynəlxalq yarışlarda daha böyük qələbələrə imza atmasına zəmin yaradır. Başçı bildirdi ki, rayonumuzda da idmançılar üçün əlverilşi şərait yaradılmış, lazimi idman avadanlıqlari ilə təmin olunmuş idman zalıatletlərimizin istifadəsinə verilmişdir.
Sonra tədbirdə çıxış edən İslam Abbasov, idmançının atası Əzim Abbasov və digər nailiyyət qazanmış idmançılar hər zaman idmançılara və gənclərə diqqət və qayğı  ilə yanaşıldığını bildirərək, bu dəstəyə görə ölkə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Sonda IV İslam Həmrəyliyi Oyunlarında I yer tutaraq qızıl medal qazanan İslam Abbasov Rayon İcra Hakimiyyəti Başçısının “Fəxri Fərmanı” və qiymətli hədiyyələrlə  təltif olundu.

Keçidlər