Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban bayramı

05 sentyabr 2017 | 16:00

Qurban Bayramı münasibətilə
Qubadlı rayonunda tədbir keçirilmişdir
İnsanlara birlik, həmrəylik, şəfqət, xeyirxahlıq duyğuları aşılayan Qurban bayramı müsəlman dünyasında əsl təntənəyə çevrilir. Bu müqəddəs bayram Qubadlı rayonunda geniş şəkildə qeyd edilmişdir. Bütün bayramlarda olduğu kimi bu bayramda da aztəminatlı ailələr, yataq xəstələri diqqətdən kənarda qalmamışdır. Bu müqəddəs gündə Qubadlı rayonunda da qurbanlar kəsilmiş, 500-ə qədər ailəyə qurban payı verilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqovun tapşırığı ilə İcra Hakimiyyətinin məsul şəxsləri, ərazi dairələri üzrə icra nümayəndələri bir çox ailələrə bilavasitə yaşadıqları ünvanda baş çəkmiş, onlara bayram təbriklərini, qurban paylarını çatdırmışlar. Rayon əhalisi bütün bunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının diqqət və qayısının təzahürü kimi minnətdarlıqla qarşılamışdır.
Bu tədbirin təşkilinə görə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqova sonsuz razılıq ifadə edilmişdir.
Belə bir inam bildirilmişdir ki, Azərbaycan Prezidentinin apardığı siyasət nəticəsində torpaqlarımız işğaldan azad ediləcək və növbəti Qurban bayramını qaçqın və məcburi köçkünlər öz doğma yurdlarında qeyd edəcəklər.

Keçidlər