Şriftin ölçüsü :

Saytın rəngi :

“Novruz” şənliyi

19 mart 2018 | 16:00

“Novruz” şənliyi

Novruz bayramı  Qubadlı rayonunda hər il yüksək səviyyədə, təntənəli sürətdə qeyd edilir. Rayon İcra Hakimiyyətinin və Aztv-nin birgə təşkilatçılığı ilə19 mart 2018-ci iltarixində  Novruz bayramı münasibət ilə  Qubadlı rayon İcra Hakimiyyətinin qarşısında təşkil olunmuş bayram şənliyində  Qubadlı rayon  İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, RİH aparatının məsul işçiləri,  idarə, müəssisə və təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri  iştirak edirdilər. Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov rayon ictimaiyyətini bayram münasibətilə təbrik etdi.Başçı qeyd etdi ki, Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hərbir guşəsində qeyd olunur. Xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. Novruz bayramı qədim ənənələrin qorunub saxlanılması, Azərbaycan xalqının öztarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahılinsanlara baş çəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir. Sonra Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov vurğuladı ki, Qubadlı camaatı ümummilli lider Heydər Əliyevin siyasətinə daim sadiqdir və onun layiqli davamçısı Prezident İlham Əliyevi hərzaman dəstəkləyir. Belə bir inam ifadə edildi ki, Möhtərəm Prezidentimizin apardığı siyasət nəticəsində torpaqlarımız işğaldan azad ediləcək və belə çərşənbə tonqalları hər kəsin özyurdunda, öz həyətində alovlanacaq.
Şənliyə dəvət olunmuş  Respublikanın tanınmış incəsənət xadimlərinin NazpəriDostəliyeva, Aşıq Əhliman, Sevinc Sarıyeva,Təyyar Bayramov, Aşıq Kəmalə, Namiq Məna, ZahidQubadlı və başqalarının ifasında şən mahnılar səsləndirildi. Tədbirdə bizim köhnə  ”dülədöymə”, ”ənzəli” və sair oyunlarımız nümayiş olundu və tatami üzərində idmançılarımız öz məharətlərini göstərdilər. Novruzun simvolu olan Kosa və Keçəlin, kəndirbazın əyləncəli hərəkətləri tədbirə  xüsusi rövnəq verdi.
Bayram tonqalıə trafında xalq rəqsləri ifa edildi.

Keçidlər