Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi

02 iyul 2018 | 16:00

                                                        Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi qeyd olunmuşdur

02 iyul 2018-ci il tarixdə Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibətilə Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə RİH-nin inzibati binasında Polis işçilərinin peşə bayramı qeyd olunmuşdur. Tədbirdə RİH-nin başçısı cənab Malik İsaqov, rayon Polis şöbəsinin rəisi Bəhruz Cabbarov, idarə, müəsisə və təşkilat rəhbərləri  polis işçiləri iştirak edirdilər.
Tədbir iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin rayon icra Hakimiyyətinin foyesindəki büstü önünə gül dəstələri qoyaraq ehtiramlarını ifadə etdilər. Sonra tədbir akt zalında davam etdirildi.
Torpaqlarımızın ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəhidlərimizin əziz xatirəsinin yad olunduqdan sonra açıq elan edilən iclasda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təbrik məktubu oxundu.
Məruzə ilə çıxış edən rayon Polis şöbəsinin rəisi Bəhruz Cabbarov qeyd etdi ki, müstəqil dövlətimizin ən mühüm atributlarından, əsas sütunlarından olan Azərbaycan polisinin 100 yaşı tamam olur. Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə yaradılıb. 1998-ci ildən isə iyulun 2-si prezident Ümummili lider Heydər Əliyevin fərmanı ilə Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
Sonra tədbirdə çıxış edən rayon Prokuroru Qoşqar Əhmədov, Polis veteranı Azim Abbasov, rayon ağsaqqalı Hümbət Hümbətəliyev və digərləri bildirdilər ki, cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılır. Bu gün Azərbaycan polisi insanların təhlükəsizliyini qoruyaraq, cinayətkarlığa qarşı uğurla mübarizə aparırlar. Çıxış edənlər ölkə  başçısına və rayon rəhbərliyinə polislərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.
Sonra yekun təbrik nitqi söyləyən rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qeyd etdi ki, Azərbaycan polisi Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 931 nəfəri bu müharibədə şəhid olmuşdur. Polisin sıralarında xeyli sayda "Milli Qəhrəman" adına, habelə orden və medallarla təltifə layiq görülənlər vardır. Qubadlı rayon polsislərinin də vətən torpağının müdafiəsi uğrunda döyüşlərdə qəhrəmanlıqla vuruşmuş, onlardan 12 nəfəri şəhid olmuş, 2 nəfəri isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, bir necə polis nəfəri isə orden və medallarla təltif olunmuşdur.
Sonda Rayon Polis şəbəsinin rəisi Cabbarov Bəhruz Musa oğlunun Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunmasi münasibətilə təbrik edən RİH başçısı cənab Malik İsaqov fəal polis nəfərlərini də rayon Icra  Hakimiyyəti başçısının fəxri fərmanları və qiymətli hədiyyələr ilə mükafatlandırdı.

Keçidlər