Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Qubadlı rayonunda tədbir keçirilmişdir

28 dekabr 2018 | 16:00

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə

Qubadlı rayonunda tədbir keçirilmişdir

   28 dekabr  2018-cı il tarixində Sumqayıt şəhərində yerləşən “Bəyaz Saray” şadlıq evində Qubadlı RİH-nin və AzTV-nin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təntənəli tədbir keçirilmişdir. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, Qarabağ veteranları, idmançılar və gənclər iştirak edirdi.
   Bayram tədbiri açıq elan edildikdən sonra, rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov təbrik nitqi söylədi. Başçı bildirdi ki, Azərbaycanın tarixinə uğurlu il kimi daxil olan 2018-ci ildə respublikamızın regional və qlobal əhəmiyyəti daha da artmış, xalqımızın sosial rifah halı yüksəlmişdir. Qürur hissi ilə qeyd etmək lazımdır ki, rayonumuzun əhalisi də bu prosesdə dövlətimizə sadiqlik mövqelərini bir daha sübut etmişdir.
   Rayonda idarə, müəssisə və təşkilatların iş şəraitlərinin yaxşılaşdırılması istiqamətində  işlər davam etdirilmişdir. Məcburi köçkün ailələri üçün Abşeron rayonu ərazisində və Sumqayıt şəhəri 12 mkr-da 2000-dən artıq ailə üçün nəzərdə tutulmuş yeni şəhərciklərin açılış mərasimi keçirilmişdir. Mərasimdə ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak etmişdir. Yaxın günlərdə məcburi köçkün ailələrinin yeni mənzillərə  köçürülməsi planlaşdırılmışdır. 2018-ci il ərzində əhalimizin aztəminatlı hissəsi, şəhid ailələri diqqətdə saxlanılmışdır. Rayon İcra Hakimiyyəti tərəfindən  şəhid ailələrinə, digər kateqoriyadan olan aztəminatlı ailələrə yardımlar edilmişdir. Eyni zamanda Qurban bayramı münasibətilə 700-dən çox ailəyə ərzaq yardımı edilmişdir. Cari il ərzində 180 yeni iş yeri açılmışdır. Ümumiyyətlə son 15 ildə rayon üzrə yeni yaradılan iş yerlərinin sayı 3 min 885-ə çatdırılmışdır.  Qeyd olundu ki, cari  tədris ilində XI-sinifləri bitirən 457 nəfərin 390 nəfəri ali məktəblərə sənəd vermiş, onların 285 nəfəri tələbə adını qazanmışdır. Qəbul olunanların 27 nəfəri 600-700 arası bal toplamışlar. Rayon gəncləri,  o cümlədən idmançılar bir sıra respublika və beynəlxalq əhəmiyyətli tədbirlərdə, müxtəlif sahələrdə uğurlar qazanmışlar. Rayon İcra Hakimiyyətinin təşəbbüsü və yaxından köməkliyi ilə 8 Mart Beynəlxalq Qadınlar günü, Novruz Bayramı şənliyi, Ümummilli Lider H.Əliyevin anadan olmasının 95-ci il dönümü, Milli qurtuluş günü, Xalq Cümhuriyyətinin 100 illiyi, Beynəlxalq Müəllimlər günü və Vətənin azadlığı uğrunda canlarından keçmiş qəhrəmanların anım mərasimləri münasibətilə keçirilən tədbirlər əhatəliliyi və rəngarəngliyi ilə fərqlənmiş, çoxsaylı tamaşaçılar tərəfindən razılıqla qarşılanmışdır.
    Tədbirdə “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni İl” bayramı münasibəti ilə rayon İH başçısı tərəfindən 9 nəfərə Fəxri Fərman təqdim olundu.
     Daha sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2 nəfərə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və 3 nəfərə Fəxri Fərman təqdim olundu. Eyni zamanda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 4 nəfər rayon idmançısı fəxri adlarla təltif olunmuşdur.
     Sonra tədbir Respublikanın tanınmış mədəniyyət və incəsənət işçilərinin  iştirakı ilə təşkil olunmuş möhtəşəm konsert proqramı ilə davam etdirildi.

Keçidlər