Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayon İcra Hakimiyyətində təcrübə keçən “Asan könüllülər”-ə sertifikatlar təqdim olundu

02 sentyabr 2019 | 16:00

Qubadlı rayon İcra Hakimiyyətində təcrübə keçən “Asan könüllülər”-ə  sertifikatlar təqdim olundu     


  
      2 sentyabr  2019-cu il tarixində Qubadlı rayon İcra Hakimiyyətində təcrübə keçən “Asan könüllülər”-ə sertifikatlar təqdim olundu. Görüşdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısının müavinləri Allahverdi Haxverdiyev və Xoşqədəm Alıyeva , RİH-in baş məsləhətçisi Hüseyn Yusifov və 1-ci qrup könüllülər iştirak edirdilər.
    Görüşü Qubadlı RİH-nin başçısının müavini  Xoşqədəm Alıyeva açıq elan edərək, gəncləri salamlayıb və onlara könüllük peşəsini şərəflə, əzmlə icra etmələri münasibətilə təbrik edib.
       Xoşqədəm Alıyeva Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli     Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda və dövlət başçısının  2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq, ölkədə könüllülük hərəkatını inkişaf etdirmək və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Könüllülər” şəbəkəsinin imkanlarından istifadə edərək gənclərin dövlət orqanlarında təcrübə keçməyə cəlb edilməsini vurğuladı.
      Həmçinin, bildirdi ki, son illərdə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda könüllülük fəaliyyətinin geniş vüsat aldığını, ölkəmizdə gənclər arasında könüllülük fəaliyyətinin artıq ənənəyə çevrildiyini, respublikamızın ev sahibliyi etdiyi irimiqyaslı tədbirlərdə könüllü fəaliyyət göstərən gənclərimizin böyük uğura imza atmalarının ölkə başçısı cənab İlham Əliyevin könüllülərin fəaliyyətinə verdiyi yüksək qiymətin bariz nümünəsi olduğunu bildirdi.
     Daha sonra gənclər öz təəssüratlarını bölüşərək şöbələrdə öyrəndikləri işlər haqqında ətraflı məlumat verdilər.     

     Sonda Qubadlı rayon İcra Hakimiyyətində təcrübə keçmiş könüllü gənclərə sertifikatlar təqdim olundu.

Keçidlər