Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı rayon sakinləri ilə növbəti səyyar qəbul keçirdi.

24 sentyabr 2019 | 16:00

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı rayon

 sakinləri ilə növbəti səyyar qəbul keçirdi.

 

      Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə mütəmadi olaraq vətəndaşlarla görüşür, onların təkliflərini dinləyir və problemlərini daim diqqət mərkəzində saxlayır. RİH-nin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu isə 24 sentyabr 2019-cu il tarixində Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən rayonun Çardaxlı kənd tam orta məktəbində keçirildi. 
        Görüşdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov, Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH-nin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edirdi.
      70 nəfərin iştirakı ilə keçirilən qəbulda 11 nəfər sakin müraciət etmiş, 12 məsələ qaldırılmışdır. Onlardan 4-ü yol, infrastruktur və nəqliyyat, 1-i içməli su ilə təminat, 1-i yaşayış yerinə qeydiyyata düşmək, digəri isə su kanalizasiya məsələsi (kollektiv 7 nəfər) ilə bağlı olmuşdur. Qaldırılan 7 məsələ baxılması üçün nəzarətə götürülmüşdür. Digər 5 məsələyə isə qanuna müvafiq izahat verilmişdir.
Sonra rayon rəhbəri görülən işlərdən,  məcburi köçkünlərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıdı.
Rayon sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər