Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə keçirilən tədbir

30 dekabr 2019 | 16:00

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə keçirilən tədbir

    30 dekabr  2019-cu il tarixində Sumqayıt şəhərində yerləşən “Bəyaz Saray” şadlıq evində Qubadlı RİH-nin  təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təntənəli tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Rövşən Rzayev, Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov, hüquq mühafizə orqanları rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, Qarabağ veteranları, idmançılar və ağsaqqallar iştirak edirdi.
    Bayram tədbiri açıq elan edildikdən sonra, Dövlət Qaçqınkomun sədri cənab Rövşən Rzayev və rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov təbrik  nitqi söylədi. Cənab Malik İsaqov  bildirdi ki, Azərbaycanın tarixinə uğurlu il kimi daxil olan 2019-ci ildə respublikamızın regional və qlobal əhəmiyyəti daha da artmış, xalqımızın sosial rifah halı yüksəlmişdir. Qürur hissi ilə qeyd etmək lazımdır ki, rayonumuzun əhalisi də bu prosesdə dövlətimizə sadiqlik mövqelərini bir daha sübut etmişdilər. Qeyd olundu ki, bu il Abşeron rayon st.Sumqayıt adlanan  ərazisində və Sumqayıt şəhər 12-ci mikrorayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş şəhərciklərdə məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi işi tam başa çatdırılmışdır. 1005 və 1001 ailəyə hesablanan qəsəbələrin əsas kontingenti rayonumuzdan olan məcburi köçkünlərdir. Belə ki, Abşeron rayon st.Sumqayıt adlanan ərazidəki şəhərciyə 357, Sumqayıt  şəhər 12-ci mikrorayondakı şəhərciyə  521, Qaradağ rayon “Ümüd” qəsəbəsinə isə 9 ailə köçürülmüşdür. Abşeron rayon st. Sumqayıt adlanan ərazidəki şəhərcikdə rayonun Hal kənd, Dəmirçilər kənd və Qubadlı şəhər 4 saylı tam orta məktəbləri, Gigiyena və Epidemiologiya mərkəzi, Mahruzlu kənd həkim məntəqəsi, 140 yerlik  Qubadlı şəhər 1 saylı körpələr evi-uşaq bağçası və rayon Rabitə qovşağının Poçt filialı fəaliyyətə başlamışdır.12-cu mk/r-da şəhərçikdə isə Əliquluuşağı və Kavdadıq kənd tam orta məktəbləri, eləcədə 60 yerlik Qubadlı şəhər 2 saylı körpələr evi-uşaq bağçası fəaliyyətə başlamışdır. Bununda nəticəsi olaraq 60 nəfər məcburi köçkün işlə təmin edilmişdir. Bundan əlavə Qaradağ rayonu, Qobu qəsəbəsində salınan şəhərciklərdə  37 ailə, Pirallahıda 9 ailə, Kürdəxanıda isə 5 ailə mənzillə təmin edilmişdir. Ümumilikdə bu il rayonumuzda 900-dən çox ailə mənzillə təmin edilmişdir.      Ağır vəziyyətdə kirayədə yaşayan 11 ailənin mənzil şəraitinin yaxşılaşdırılması üçün Sumqayıt şəhər rəhbərliyi ilə danışıqlar aparılaraq yataqxanada yerləşdirilmişdir. Həmçinin köçürülmə dövründə məskunlaşdığı evləri yanaraq yararsız vəziyyətə düşən 3 ailəyə, ailə vəziyyəti ağır və mənzilə ciddi ehtiyacı olan daha 10 ailəyə rayon İH başçısının “Dövlətqaçqınkom”a etdiyi müraciət əsasında yeni salınmış şəhərciklərdə mənzillər verilmişdir. Abşeron rayon St.Sumqayıt adlanan ərazidəki şəhərcikdə  keçirilən səyyar qəbul zamanı vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq sakinlərin əmək haqlarının, təqaüdlərinin və yemək-xərci müavinətlərinin rahat şəkildə almaları üçün Rayon İcra Hakimiyyətinin təşəbbüsü və yaxından köməkliyi ilə “Kapital Bank”a müraciəti əsasında ərazidə Bankomat quraşdırılmışdır. Bu da şəhərcikdə məskunlaşan rayonumuzun sakinləri, hətta digər rayonlardan olan məcburi köçkünlər tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Rayon İcra Hakimiyyətinin təşəbbüsü  və köməkliyi ilə Sumqayıt şəhər ərazisində məcburi köçkünlərin məskunlaşdığı 10-dan çox yaşayış binasının dam örtükləri vurulmuş, həmin binaların həyətinə asfalt örtüyü döşənmişdir.
        Sakinlərin çoxsaylı müraciətləri əsasında Sumqayıt şəhər “Yaşıldərə” yaşayış massivində, “Ceyranbatan bağları” yaşayış massivində, Sumqayıt şəhər “Beton Zavod“ adlanan ərazidə məcburi köçkünlər yaşayan ərazilərdə, məhəlləarası yollara asfalt örtüyü döşənmişdir. Bundan əlavə vətəndaşlarımızın məskunlaşdığı ictimai binalarda və fərdi evlərində əsasən dam örtükləri olmaqla təmir işləri aparılmışdır. Bu məqsədlə Rayon İcra Hakimiyyəti tərəfindən 20000 (iyirmi min) manata yaxın vəsait xərclənmişdir.
       Böyük Azərbaycan filosof-şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə Rayon İcra Hakimiyyəti Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşularaq Abşeron rayon ərazisindəki şəhərcikdə Rayon İcra Hakimiyyəti tərəfindən yeni salınmış parkda və digər ərazilərdə ümumilikdə 10 min ağac əkilmişdir. Bunlardan əlavə Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına cari ildə yas mərasimlərinin təşkilinə, xəstələrin müalicəsinə, “1941-45-ci illər müharibəsi” veteranlarına, bir sıra tədbirlərin keçirilməsinə və sair məsələlərlə bağlı aztəminatlı ailələrə 65 min manatdan çox pul köməkliyi edilmişdir.
      Kənd təsərrüfatı sahəsində də bu il xeyli işlər görülmüşdür. Barama istesalı ilə əlaqədar olaraq Qax “Damazlıq İpəkçilik” stansiyasında 26 qutu, yəni 494 qram dirildilmiş ipəkqurdu toxumu götürülərək baramaçılara paylanılmışdır. Ötən ildə olduğu kimi bu ildə kümçülərimiz tərəfindən 1 ton 120 kg yüksək keyfiyyətli yaş barama tədarük edilib dövlətə təhvil verilmiş Respublika üzrə birinci olaraq plan artıqlaması ilə 112% yerinə yetirilmişdir.
      Rayonda xüsusilə son illər arıçılığı inkişaf etdirmək üçün müəyyən işlər görülmüşdür. Arıçılığı inkişaf etdirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalayaraq arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 2018-ci ildə daxil olmaqla 5 (beş) il müddətində ildə 10 (on) manat məbləğində subsidiya müəyyən edilmişdir. Bu ilə yəni 2019-cu ildə subsidiya almaq üçün 92 nəfər rayon sakini mərkəzə müraciət etmişdir ki, onların arıxanalarında komissiya üzvləri tərəfindən baxış keçirilərək 4 min 477 ədəd arı ailəsi (pətəyi) olduğu aşkarlanaraq qeydiyyata götürülmüşdür. Hal-hazırda bu ildə veriləcək subsidiya artıq iyul ayında 36 min 850 manat pul arıçıların plastik kart hesabına köçürülməsi təmin edilmişdir. Bu il rayon üzrə arıçılarımız tərəfindən 23 min 460 kq yüksək keyfiyyətli bal istehsal olunmuşdur ki, bu da orta hesabla arıçılarımıza 650 min manatdan yuxarı gəlir gətirilmişdir.   
      2019-ci il ərzində əhalimizin aztəminatlı hissəsi, şəhid ailələri diqqətdə saxlanılmışdır. Rayon İcra Hakimiyyəti tərəfindən  şəhid ailələrinə, digər kateqoriyadan olan aztəminatlı ailələrə yardımlar edilmişdir. Eyni zamanda Qurban bayramı münasibətilə 450-dən çox ailəyə ərzaq yardımı göstərilmişdir. Cari il ərzində rayon sakinlərimizin məşğulluğunun artırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir. İl ərzində 146 yeni iş yeri açılmışdır. Bunlardan 122 nəfəri sosial işlərə cəlb olunanlardır.  
        Qeyd olundu ki, cari  tədris ilində  442 məzundan 386 nəfəri (87,3%) sənəd vermiş və onlardan 297 nəfəri ali məktəblərə qəbul olmuşlar. Qəbul imtahanlarında iştirak edən 42 nəfər məzun 500-600 arası, 12 nəfər məzun isə 600-700 arası bal toplamışdır. Bu il rayonumuz üzrə qəbul faizi  77% təşkil edir. Bütün bunlar cənab Prezident İlham Əliyevin və Birinci-vitse prezident  Mehriban xanım  Əliyevanın həyata keçirdiyi uğurlu təhsil siyasətinin nəticəsidir. Rayon gəncləri, o cümlədən idmançılar bir sıra respublika və beynəlxalq əhəmiyyətli tədbirlərdə, müxtəlif sahələrdə uğurlar qazanmışlar. Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 8 Mart Beynəlxalq Qadınlar günü, Novruz  Bayramı şənliyi, Ümummilli Lider H.Əliyevin anadan olmasının  96-cı il dönümü, Milli qurtuluş günü, Beynəlxalq Müəllimlər günü və Vətənin azadlığı uğrunda canlarından keçmiş qəhrəmanların anım mərasimləri münasibətilə keçirilən tədbirlər əhatəliliyi və rəngarəngliyi ilə fərqlənmiş, çoxsaylı tamaşaçılar tərəfindən razılıqla qarşılanmışdır.
Cənab Prezidentin sərəncamı ilə Cari ildə rayon üzrə 2 nəfər “Xalq Cümhuriyyətinin 100 illiyi” nə həsr olunmuş medalı, 2 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ,bir nəfər isə “Əməkdar müəllim” fəxri  adına layiq görülmüşdür. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən isə 1 nəfərə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və 4 nəfərə Fəxri Fərman verilmişdir.
       Tədbirdə “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və  “Yeni İl”  bayramı münasibəti ilə keçirilən tədbirdə rayonda il boyu fərqlənən 9 nəfərə RİH başçısı tərəfindən Fəxri Fərmanlar təqdim olundu.
        Daha sonra tədbir Respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə təşkil olunmuş möhtəşəm konsert proqramı ilə davam etdirildi.

Keçidlər