Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinin 28-ci ildönümü

26 fevral 2020 | 16:00

Xocalı  faciəsinin 28-ci ildönümü

“Xocalı faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı Qubadlı rayonunun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilir. Bu tədbirlərin yekunu olaraq 26 fevral 2020-ci il tarixdə Qubadlı rayon İcra Hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə Qubadlı rayon  H.Quliyev adına Çaytumas kənd məktəb liseyində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş  ümumrayon tədbiri keçirildi. Tədbirdə RİH-nin başçısının müavinləri Allahverdi Haxverdiyev və Xoşqədəm Alıyeva, RİH-nin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, məktəbin kollektivi və ictimaiyyət nümayəndələri iştirak edirdi.
       Anım mərasimini məktəbin direktoru  Şamama Həsənova açıq elan etdikdən sonra Xocalı soyqrımının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha  sonra video çarx nümayiş olundu. Tədbirdə qeyd olundu ki, tarixən Azərbaycan xalqına qarşı soyqırım siyasəti həyata keçirən erməni millətçiləri öz vəhşi simalarını bir daha bütün dünyaya nümayiş etdirərək dinc əhaliyə divan tutmuşdular. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, Dağlıq Qarabağ ərazisindəki ermənilərin qeyri-qanuni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayın şəxsi heyətinin və hərbi texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərinə hücuma keçərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmişdir. Bu təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün insanlığa qarşı yönəlmiş müdhiş cinayətdir. 613 nəfər şəhid oldu, onlardan 106 nəfəri qadın, 56 nəfəri azyaşlı uşaq idi. 59 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi. 487 nəfər şikəst oldu, 8 ailə bütövlüklə məhv edildi, 25 azyaşlı uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi, 1000 nəfərdən artıq şəhər sakini müxtəlif dərəcəli bədən xəsarəti almışdır,1275 nəfər əsir və girov götürüldü, əsir düşənlərdən 150 nəfərin (o cümlədən 68 qadının və 26 uşağın) taleyi bu günədək məlum deyil. Şəxsi və dövlət əmlakına külli miqdarda maddi ziyan dəymişdir.
        Xocalı soyqırımının dünyaya çatdırılması bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatlar qəbul etdiyi bir sıra sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır. Bu baxımdan Heydər Əliyev Fondunun  gördüyü işlər olduqca təqdirəlayiqdir. Hazırda Heydər Əliyev Fondunun ayrı-ayrı ölkələrdə geniş miqyasda təşkil etdiyi və faciənin həqiqətlərinin yayılmasına yönəldilmiş anım tədbirləri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 60-dan çox ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən "Xocalıya ədalət" beynəlxalq informasiya və təşviqat kampaniyası da bu işə öz töhfəsini verməkdədir. 2008-ci il mayın 8-də başlayan “Xocalıya ədalət” beynəlxalq kampaniyası Xocalı faciəsini  artıq dunyanın bir sıra ölkələri – Meksika, Pakistan, Kolumbiya və digər 12 ölkə, o cümlədən ABŞ-nın 22 ştatı Xocalı soyqırımı və Azərbaycana qarşı cinayət aktı kimi tanıyan qətnamələri qəbul etmişlər.

Sonda bildirildi ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının apardığı siyasət sayəsində  torpaqlarımız işğaldan azad ediləcək, şəhidlərimizin ruhu rahatlıq tapacaqdır.

  Tədbirdə Xocalı soyqrımına həsr edilmiş məktəb şagirdlərinin ifasında ədəbi bədii kompazisiya nümayiş etdirildi, qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlər səsləndi.

Keçidlər