Şriftin ölçüsü :

Saytın rəngi :

“Novruz bayramı”

16 mart 2020 | 16:00

“Novruz bayramı”

   "Novruz" ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində qeyd olunur. Ulu Tanrıya, kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. Novruz,  adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bu gün də bizi birləşdirir, daha da həmrəy edir. Bu ənənəni yaşatmaq və gələcək nəsillərə ötürmək hər kəsin müqəddəs borcudur. Xalqımız qədim türk məişətini, əxlaqını və bədii zövqünü özündə cəmləşdirən Novruz ayinlərini tarixən yaşadaraq bu günümüzədək gətirib çatdırıb. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir.
     Bayram münasibətilə 16 mart 2020-ci il tarixdə  Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hər il olduğu kimi  imkansız və  aztəminatlı ailələrə, şəhid ailələrinə, Qarabağ və Çernobıl əlillərinə ümumilikdə 500 ailə olmaqla ərzaq bağlaması paylanmışdır.
      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva həmişə məcburi köçkünlərə diqqət və qayğı ilə yanaşmış, bu da hər zaman məcburi köçkünlərin hədsiz sevincinə səbəb olmuşdur. Biz məcburi köçkünlər inanırıq ki,  möhtərəm Prezidentimizin apardığı siyasət nəticəsində torpaqlarımız işğaldan azad ediləcək və belə çərşənbə tonqalları hər kəsin öz yurdunda, öz həyətində alovlanacaq.

Keçidlər