Şriftin ölçüsü :

Saytın rəngi :

10-14.04.2020-ci il tarixlərdə Koronavirus infeksiyası ilə bağlı rayonda görülən işlər

14 aprel 2020 | 16:00

10-14.04.2020-ci il tarixlərdə Koronavirus infeksiyası ilə bağlı rayonda görülən işlər



     Qubadlı rayon Gigiyena və Epidemiologiya mərkəzinin və rayon Kommunal Müəssisələr Kombinatının işçiləri tərəfindən əhalinin sıx məskunlaşdığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 1 saylı və 8 peşə məktəblərində, köhnə sürücülük məktəbində, köhnə sürücülük məktəbinin yardımçı binasında, köhnə yeməkxana binası və onun ətrafındakı fərdi evlərdə, köhnə bazarın yataqxanasında, İnşaatçılar stadionunun inzibati binası və ətrafındakı fərdi evlərdə, OPIT-in binasında, köhnə poliklinika binasında, 5, 9, 10 və 11 saylı yataqxanalarda,  Istilik idarəsinin binasında,  Yay klubu və onun ətrafında, Betonzavod ərazisindəki idarə binalarında və fərdi evlərdə, 14 – cü məhəllə 7 saylı yataqxanada və 6-cı mkr Evdə Fərdi Təhsil Müəssisəsində, 11-ci mkr, 32-ci binaya bitşik köhnə mağazada, rayon İcra Hakimiyyətinin inzibatı binasında, inzibatı ərazi dairələri üzrə nümayəndəliklərin binasında, DSMF Qubadlı rayon şöbəsinin binasında, Rayon Maliyyə şöbəsinin və Məşğulluq Mərkəzinin binasında, rayon Polis şöbəsinin binasında, rayon Vergilər şöbəsinin binasında və Səfərbərlik və Hərbi Çağırışlar üzrə Dövlət Xidməti Qubadlı rayon bölməsinin binasında  sanitar-dezinfeksiya işləri həyata keçirildi və həyətyanı sahələr təmizləndi.
Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonumuzdan olan imkanlı şəxslərin köməkliyi ilə əlavə olaraq 300 aztəminatlı, işsiz ailələrə ərzaq yardımı edilmişdir.
     Eyni zamanda Qubadlı rayon İcra Hakimiyyətinin və Qubadlı rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə müəyyən edilmiş ərazilərdə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması məqsədilə yaradılan mobil qruplar məskunlaşma yerlərində öz işlərini davam etdirirlər.

Keçidlər