Şriftin ölçüsü :

Saytın rəngi :

Xahiş edirik, sağlamlığımız üçün həmrəylik nümayiş etdirəsiniz!

04 iyun 2020 | 16:00

Pandemiyanın ilk günlərindən qəbul edilən qərarların icrası ilə bağlı və karantin rejimindən mərhələli çıxmaq planına uyğun olaraqtədbirlər həyata keçirilir. Vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminə əməl etməməsinə görə, yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandığı səbəbindən, karantin rejiminin yenidən sərtləşdirilməsi barədə hazırlanan təkliflər icra üçün qəbul edilmişdir.
Cənab Prezident İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir vətəndaş üçün nümunə olmalıdır.  Vətəndaşların məsluliyyətıi olmaları,  Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etmələri vacibdir.
Koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli Qərarının tələblərinə İH başçısı aparatında, nümayəndəliklərdə, yerli icra hakimiyyəti sisteminə daxil olan digər qurumlarda, habelə təşkilat və müəssisələrdə qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlərin görülməsi tapşırılmışdır.
Bu məqsədlə qeyd edilən qurumların rəhbərləri və işçiləri arasında sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadənin vacibliyi barədə təbliğat-izahat işləri aparılmış və mövcud tələbləri pozan vəzifəli şəxslər və işçilər  Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə cəlb olunacaqları barədə ciddi xəbərdarlıq edilmişdir. Tənəffüs yollarını qoruyan fərdi vasitələrlə işçiləri təmin etmək məqsədi ilə rayon İcra Hakimiyyəti 2000 maskanın alınmasını təmin etmiş və bütün işçilərə paylanmışdır.
Bildirik ki, Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə ərazilərdə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması məqsədilə İHB aparatının, inzibati-ərazi nümayəndəliklərinin, eləcə də digər qurumların nümayəndələrindən ibarət 13 mobil qrup yaradılmışdır.  Mobil qrupların əhalinin sıx toplaşdığı ərazilərdə, məhəllələrdə fərdi izahetmə-xəbərdarlıq işləri aparılmasında Rayon ağsaqqalları, ziyalıları onlara öz işlərini daha səmərəli təşkil etmələri üçün onlara yaxından dəstək göstərməlidirlər.
Qeyd olunanları nəzərə alaraq əhalimizi Koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə rayonun idarə, müəssisə və təşkilatlarına, eləcədə xidmət sahələrinə müraciət edərkən  gigienik qaydalara və Operativ Qərərgahın tələblərinə ciddi əməl etmələrinə cağırırıq.
Xahiş edirik, sağlamlığımız üçün həmrəylik nümayiş etdirəsiniz!

Keçidlər