Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirus infeksiyasının (COVİD-19) qarşısının alınması məqsədilə yaradılan mobil qruplar öz işlərini davam etdirirlər

11 iyul 2020 | 16:00

Koronavirus infeksiyasının (COVİD-19) geniş yayılması və vətəndaşlar arasında yoluxma hallarının çoxalması ciddi narahatlıq doğurur. Bəzi vətəndaşların məsuliyyətsiz davranışları ciddi fəsadlar törədir. Aparılan maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsinə ehtiyac yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbləri və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının tapşırıqlarına uyğun olaraq koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsinin təmin edilməsi, məskunlaşma yerlərində təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi məqsədilə məskunlaşma yerləri üzrə mobil qruplar yaradılmışdır.   

    Rayon Polis şöbəsinin əməkdaşları ilə birgə Sumqayıt şəhəri, 12-ci mk/r və Abşeron rayonu, St.Sumqayıt ərazisində salınan yeni şəhərciklərdə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq və maarifləndirmə işlərinin aparılması məqsədilə İHB aparatının, inzibati-ərazi nümayəndəliklərinin, eləcə də digər qurumların nümayəndələrindən ibarət daha 4 mobil qrup yaradılmışdır. Hər bir qrup üzvünün sayı 4 nəfərdən ibarətdir və qrupa daxil olan hər bir şəxs karantin rejiminin tələbləri və əhali ilə davranış qaydaları barədə təlimatlandırılmış, fərqləndirici sarğı, qoruyucu maska, şəxsi dezinfeksiya - mühafizə vasitələri ilə təmin olunmuşdur.  Hər iki yeni şəhərciyin ərazisində ümumilikdə 8 obyekt (5 ərzaq-çörək mağazası, 1 restoran, 1 kafe, 1 aptek) mövcuddur. İyul ayının əvvəlindən həmin obyektlərdə 64 reyd keçirilmişdir.   Mobil qruplar tərəfindən  yuxarıda qeyd olunan şəhərciklərdə, əhalinin sıx toplaşdığı ərazilərdə, məhəllələrdə fərdi izahetmə-xəbərdarlıq işləri aparılaraq, sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək tövsiyə edilir.    Hal-hazırda qrup üzvləri məskunlaşma yerlərində  maarifləndirmə işlərini davam etdirirlər.

Rayon əhalisindən qaydalara əməl etmələrini və mobil qruplara dəstək olmalarını xahiş edirik.

Keçidlər