Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağa heç bir status verilmir

16 noyabr 2020 | 16:00

- "Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur, tamamilə süquta uğrayıb.
- Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir.
- Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində vətənin keşiyini çəkə biləcək.
- Laçının tam azad edilməsindən sonra Dövlət Sərhəd Xidməti Azərbaycanın ümumi uzunluğu 3360 km. olan bütün su və quru sərhədində vətənimizin keşiyini çəkə biləcək.
- Ermənistan özünün məğlub və darmadağın olmuş silahlı qüvvələrinin qalıqlarını çıxarmaq öhdəliyini götürdüyünə görə sülhməramlı qüvvələrin vəzifəsi oradakı mülki ermənilər və Azərbaycan silahlı qüvvələri arasındakı hər hansı insidentin qarşısını almaq olacaq.
- Bəzi Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını qəbul edərək, Qarabağda yaşamağa hazırdırlar.
-  Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizi açılması böyük strateji əhəmiyyətə malikdir.
- Qısa müddət ərzində Azərbaycan dövləti işğaldan azad olunmuş bölgələrimizin inkişafı istiqamətində kifayət qədər nəhəng layihələrin icrasına başlayacaq, kommunikasiya və s. imkanlar genişləndiriləcək.
- Bundan sonra işğaldan azad edilmiş hər tarixi torpağımızda azan səsləri eşidiləcək.
        - Hazırda Ermənistanda daxili vəziyyət1992-1993-cü illərdəki Azərbaycanı xatırladır, idarəçilikdə naşı, səriştəsiz, qeyri-peşəkar şəxslərin təmsil olunması ölkəni bir-birinin ardınca böhranlara və fəlakətə sürükləyir.
- Sentyabrın 27-dən başlanmış və noyabrın 10-da başa çatmış hərbi mərhələ sübut etdi ki, Ermənistan hakimiyyəti məntiqli, rasional düşüncəyə malik deyil, onlar erməni xalqının  yox, sırf xarici qüvvələrin maraqlarına xidmət edirlər.
- Ermənistan hazırda vətəndaş müharibəsi ərəfəsindədir, ölkənin baş naziri belə öz kabinetinə daxil ola bilmir.
- Baş nazirin evi canlı yayımda qarət edilib, şəxsi əşyaları və sənədləri götürülüb, talan başlayıb.
- Parlament sədri Ararat Mirzoyan qəddarcasına döyülüb, onun ailə üzvlərinə, o cümlədən azyaşlı uşaqlarına təzyiqlər olunub.
- Hərbi fiaskodan sonra Ermənistanda yüksək çinli məmurların varidatını tələsik ölkədən çıxarması, xarici ölkələrə qaçması, yaxud buna hazırlaşması barədə məlumatlar artıb. Belə çıxır ki, xaricə üz tutan ermənilərin sırasına artıq fəal şəkildə məmurlar da qoşulur.
- Ermənistanda demoqrafik böhran daha da dərinləşib. Minlərlə erməni gəncinin işğal edilmiş ərazilərdə ölməsi, şikəst olması, xaricə miqrasiya axınının daha da artması qarşıdakı illərdə Ermənistanda əhalinin təbii artımını kəskin aşağı salacaq, ölkə insan resurslarını bərpa etmək üçün qeyri-müəyyən müddətə qədər gözləməli olacaq.
- Ermənistan iqtisadiyyatı tam çöküb, ölkənin xarici borcu artıb, əhalinin sosial təminatı sahəsində fəlakətli durum yaranıb. Erməni diasporası tərəfindən göndərilən vəsaitlərin və yardımın mənimsənilməsi, əhaliyə və orduya çatmaması geniş müzakirə olunur.
- Ermənistan ordusu darmadağın olub, əksər hərbi texnika məhv edilib. Orduya çağırılacaq canlı qüvvə yoxdur. Ermənistanda az-çox normal ordu yaratmaq və onu təchiz etmək üçün onilliklər lazımdır.
- Ermənistan ictimai-siyasi həyatı “barıt çəlləyinə” bənzəyir.  Müxalif qüvvələrlə hökumət qüvvələri rəsmən vətəndaş müharibəsinin astanasındadırlar;
- Paşinyan Müdafiə Nazirliyinin yüksək rütbəli vəzifəli şəxslərinin və qondarma rejimin Prezidenti Araik Harutyunyanın məsləhəti ilə razılaşmanı imzaladığını desə də, müxalifət nümayəndələri onların adlarını hallandırmır, birbaşa Paşinyanı məsul tuturlar.
- Bu onu göstərir ki, müxalifətin dərdi Qarabağ deyil hakimiyyətə gəlməkdir.
- Erməni müxalifəti Qarabağdakı məğlubiyyətdən istifadə edərək hakimiyyətə gəlməyin yollarını axtarır.
- Keçmiş rejim Nikol Paşinyanın “məxməri inqilab” nəticəsində hakimiyyətə gəlməsi ilə barışa bilmir və onun hakimiyyətdən getməsi üçün əlindən gələn bütün təxribatları edir.
- Müxalifət Paşinyanı linç etməyin planlarını qurur, ictimai-siyasi rəyi buna hazırlayır.
- Avropa dövlətləri, beynəlxalq təşkilatlar müxalifətin linç kampaniyasına səssiz qalır, demokratiya və insan haqlarının qorunmasından bəhs etmir.
- Son vaxtlara qədər Paşinyan hökumətinə dəstək verən dövlətlər, beynəlxalq təşkilatlar səssizliyini qoruyur.
- Ermənistanda qarabağlıların hərbi əməliyyatlarda iştirak etmədiyi, döyüş başlayandan sonra minlərlə hərbi mükəlləfiyyətli insanın Ermənistana qaçması haqqında məlumatlar yayılır və bu qarabağlılara qarşı nifrəti körükləyir;
- Qarabağ klanı ölkədəki mövcud vəziyyətdən istifadə edərək yenidən Ermənistanda hakimiyyətə gəlmək istəyir;
- Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyası Qarabağ müharibəsinin sona çatması ilə bağlı Baş nazirin məlum açıqlamasının qanuniliyini müzakirə etmədən əvvəl müxalifətin bütün ermənilərə və dünyaya çox açıq şəkildə aşağıdakı bəndlərin qəbul etdiklərini bildirmələrini təklif edir.
1. Rusiyanın vasitəçiliyini dəstəkləmirik.
2. Rusiya sülhməramlılarının təmas xəttindən çəkilməsini tələb edirik.
3. Müharibənin davam etməsinin tərəfdarıyıq.
Bundan sonra müxalifət qüvvələri müharibədə qalib gəlmək üçün təklif olunan yol xəritəsini də təqdim etməlidirlər.
- Paşinyan bildirib ki, müharibənin ilk günlərində Araik Harutyunyanla görüşündə ordunun acınacaqlı vəziyyətdə olduğunu, ciddi itkilər verdiklərini bildiklərini, ancaq xalqı vəlvələyə salmamaq üçün bunlar barəsində məlumat vermədiklərini bildirib.
- Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin bəyanatında deyilir ki, iqtidar blokunun “Mənim addımım” parlament fraksiyasının bəyanatı göstərdi ki, hazırkı hökumət bütün erməni xalqına qarşı bağışlanmaz cinayət törətməklə Qarabağ və Ermənistanın başlarına nə problem gətirdiyini hələ başa düşməyib.
- Bəyanat hökumətin daxili siyasi böhrandan çıxmağın konstitusiya yolunu qəti şəkildə rədd etdiyini və əslində qarşıdurmanı kəskinləşdirən bir yol tutduğunu açıq şəkildə göstərir. Bu, iddia etdikləri demokratiya və parlamentarizmin kobud şəkildə pozulmasından başqa bir şey deyil.
- Hakim “Mənim addımım” fraksiyasında “çatlaq səsləri” eşidilir. Fraksiyanın deputatı Sofiya Hovsepyan özünün və deputatların çoxunun dünən onların adından yayımlanan bəyanatdan xəbərdar olmadığını bildirib.
- Çiçəklənən Ermənistan Partiyasından millət vəkili İveta Tonoyan Nikol Paşinyanın istefasını tələb edən siyasi qüvvələrin mətbuat konfransında bildirib ki, bu gün keçiriləcək mitinq zamanı rəsmi orqanların təxribat törətmək üçün əmr verməsi barədə məlumat var. O, bildirib ki hökumət gecə Vətəndaş Müqaviləsi siyasi blokunun ofisində təhlükəsizlik əməkdaşlarına və hökumətə yaxın olan oliqarxların təhlükəsizlik sahəsində xidmətinə hərbi geyim və silah paylayıb.
- Qondarma rejimin Prezidenti Araik Harutyunyan etiraf edib ki, hələ müharibənin ilk həftələrində cənub istiqamətində çətin vəziyyətdə olarkən Ermənistan və Qarabağ Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları döyüşə getməkdən imtina ediblər.
- Araik Harutyunyan hələ müharibə başlamadan əvvəl Qarabağ Müdafiə Ordusunda ciddi şəkildə canlı qüvvə çatışmazlığı probleminin yaşandığını, əsgərlər arasında dizenteriya, Covid-19 pandemiyasının və müxtəlif yoluxucu xəstəliklərin tüğyan etdiyini bildirib. Canlı qüvvə problemi yaşandığından, əsgərləri postlarda və ön xətlərdə vaxtında dəyişməyin mümkün olmadığını qeyd edib. Hərbi əməliyyatlar başlayandan sonra ciddi xəyanətlərin olduğunu bildirib.
- Bölgədəki ermənilər əsgərlərin ön cəbhəyə getmələrinə mane olub, arxa cəbhədən onları dəstəkləməyib.
- Fərariliyin qarşısını almaq mümkün olmayıb, Ermənistandan gələn könüllülərin böyük əksəriyyəti əsgər forması geyindikdən sonra selfi çəkməklə yetiniblər, ön cəbhəyə getməkdən imtina ediblər.
- Qarabağlı əsgər və zabitlər və Ermənistandan gələn əsgər və zabitlər arasında ciddi problemlər yaşanıb. Qarabağlı əsgər və zabitlər Ermənistandan gələn zabitlərin əmr və göstərişlərinə tabe olmayıblar, hətta onlar arasında silahlı konfliktlər də yaşanıb.
- Araik Harutyunyan son 30 ildə orduda ciddi korrupsiya hallarının olduğunu qeyd edib.
- Ermənilər xarici siyasətdə də iflas etdiklərini anlayırlar. Özlərinə ən yaxın bildikləri, müttəfiq olaraq gördükləri dövlətlərin heç birinin onlara siyasi və hərbi dəstək verməməsi, ölkənin 30 illik uğursuz xarici siyasətini gözlər önünə sərib.
- İrəvanda keçirilən mitinqdə həm hakimiyyət həm də müxalifət qüvvələri tərəfindən təxribatçılar iştirak edir, mümkün olduğu qədər vəziyyəti mürəkkəbləşdirməyə, hətta qan tökülməsinə çalışırlar.
- Biabırçı məğlubiyyətdən sonra Ermənistan ordusunda yüksək rütbəli zabitlərin əksəriyyəti istefa verib.

Keçidlər