Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun-Milli Qurtuluş günü

14 iyun 2021 | 16:00

14  iyun 2021-cu il tarixdə Milli Qurtuluş  günü münasibəti ilə Qubadlı rayon İcra Hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonunidarə, müəssisə və təşkilatlarının, bütün ümumtəhsil məktəblərinin iştirakı ilə“Zoom” platforması üzərindən videoformatda tədbirkeçirildi. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəblərin müəllim kollektiviiştirakedirdilər.
Tədbir açıq elan edildikdən sonra çıxışe dən Qubadlı rayon icra hakimiyyəti başçısının müavini, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev Milli Qurtuluş  günü münasibətilə rayon ictimaiyyətini təbrik etdi və Azərbaycanın müstəqillik tarixinin ilk illərində cərəyan edən ictimai-siyasi proseslər haqqında danışaraq, o zamankı rəhbərlərin səriştəsizliyi və naşılığı üzündən dövlət müstəqilliyimizin təhlükəilə qarşılaşdığını qeyd etdi. Bildirildiki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi ölkəni parçalanmaqdan xilas etdi. Suverenliyin itirilməsinə aparan bütün təhlükələr aradan qaldırıldı.Tarixi əhəmiyyətli beynəl xalq layihələri həyata keçirilərək Azərbaycanın inkişafının təməli qoyuldu.
Müstəqil ölkəmizin memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımıza daim işıq salacaq. Bu gün Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, bu siyasi kursun daha da zənginləşdirilməsi nəticəsində Azərbaycan yüksəlir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir. Ötən ilin 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə də bu siyasətin layiqincə davametdirilməsinin məntiqi nəticəsidir. Torpaqlarımızın işğaldan azadolunması Qurtuluş günündən sonar tariximizə və dövlətçiliyimizə qızıl hərflərlə yazılan növbəti böyük Zəfər oldu.
Sonra tədbirdə çıxış edən Fərcan məktəbinin müəllimi Ədalət Əsədov bildirdiki, həmişə dövlətçilik ənənələrinə sadiq olan rayon əhalisi bu gündə dövlət rəhbərinin apardığı siyasəti tam dəstəkləyir və ölkə Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət bütün məcburi köçkünlərin azad olunmuş torpaqlara qayıtmasını təmin edəcəkdir.
Dahasonratədbirdə çıxış edən Qubadlı rayon təhsil şöbəsinin işçisi Nərmin Musayeva və Qubadlı rayon Xıdırlı kənd tam orta məktəbinin direktoru Savalan İmanov bütün çıxışlarda səslənən fikirlərə qoşularaq Milli Qurtuluş Gününün bütün Azərbaycan xalqının taleyi üçün həlledici və önəmli bir hadisə olduğunu vurğuladılar.

Keçidlər