Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət qulluqçularının peşə bayramı

23 iyun 2021 | 16:00

23 iyun 2021-ci il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasında Dövlət Qulluqçularının Peşə bayramı münasibətilə tədbir keçirildi. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, İcra Hakimiyyətinin məsul işçiləri və icra nümayəndələri iştirak edirdilər.              Tədbiri açıq elan edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov dövlət qulluqçularını təbrik etdi və onlara fəaliyyətlərində uğurlar arzuladı. Bildirildi ki, “Dövlət Qulluğu Günü” dünyada ilk dəfə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 20 dekabr 2002-ci il tarixli qətnaməsinə əsasən, 2003-cü ildə qeyd edilmişdir. Həmin qətnamədə BMT-nin üzvü olan ölkələrə dövlət qulluğunun ölkənin inkişafında əhəmiyyətini daha da yaxşılaşdırmaq və təbtbq etmək məqsədi ilə xüsusi gün təsis etmələri tövsiyəolunmuşdur.Məhz, BMT Baş Assambleyasının tövsiyəsi nəzərə alınaraq ölkə Prezidenti cənab İlham Əliyevin 25 may 2006-ci il tarixli Sərəncamı ilə 23 iyun tarixi Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü elan olunmuşdur. Bildirildi ki, ölkəmizin İdarəetmə sistemində mühüm və aparıcı rol oynayan dövlət qulluqçuları həmişə olduğu kimi, bu gün də müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsinə öz töhfələrini verirlər. Natiq qeyd etdi ki, Respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatları uğurla davam etdirir.Müasir cəmiyyətimizdə dövlət qulluğu dövlət siyasətinin, onun məqsəd və funksiyalarının reallaşmasında, dövlətçiliyimizin  möhkəmləndirilməsində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əsas mexanizm kimi çıxış edir.  
Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Rayon İcra Hakimiyyəti başçısı aparatının İnformasiya təminatı və təhlili sektorunun müdiri Abdullayev Novruz Hüseyn oğlu Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
Eyni zamanda Qubadlı rayon İcra Hakimiyyəti başçısı aparatının bir qrup işçilərinə rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Fəxri Fərmanlar təqdim olundu.

Keçidlər