Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına medallar təqdim olundu

20 iyul 2021 | 16:00

20.07.2021-ci il tarixdə Sumqayıt şəhərində yerləşən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsində şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına medallar təqdim olundu.
Tədbirdə YAP Qubadlı rayon təşkilatının sədri, Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, İcra hakimiyyətinin məsul işçiləri,hüquq-mühafizə orqanları, şəhid və müharibə iştirakçılarının ailə üzvləri və yaxınları iştirak edirdilər.
Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev bildirdi kicənab prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz işğal altında olan torpaqlarımızı düşməndən azad etdi. İşğal altında olan torpaqların azad olunması Qubadlı sakinlərini də ürəkdən sevindirdi.Vətən müharibəsi  Azərbaycanda dövlət və xalq arasında olan birliyin nəhəngliyini və sarsılmaz olduğunu  sübüt etdi. Cənab Prezident İlham Əliyevin dəmir yumruğu tarixi ədaləti bərpa etdi. Müzəffər Azərbaycan ordusunun hər bir uğurlu əməliyyatı, xalqımızın qələbə ruhlu və qətiyyətli millət kimi dünya tarixinin heç zaman unudulmayacaq səhifələrinə həkk olunmasına səbəb oldu.. Məhz Azərbaycan oğullarının igidliyi sayəsində bu gün ərazi bütövlüyümüz bərpa edildi. 44 günlük Vətən müharibəsində canı və qanı bahasına ərazi bütövlüyümüzü bərpa edən hər bir əsgər və zabitimiz bizim qürurumuzdur.
Tədbir zamanı cənab Prezident İlham Əliyevin Sərəncamı ilə şəhid Allahverdiyev Vüsal Tahir oğlunun təltif olunduğu (ölümündən sonra)“Füzulinin azad olunmasına görə” medalı şəhidin atasıAllahverdiyev Tahir Qafaroğluna təqdim olundu. Həmçinin şəhid İsgəndərov İlkin Camal oğlunun təltif olunduğu (ölümündən sonra) “Füzulinin azad olunmasına görə” şəhidin Atası-İsgəndərov Camal Nüsrət oğlunatəqdim edildi. Eyni zamanda şəhid Qasımov Faiq Qaçay oğlunun təltif olunduğu(ölümündən sonra) “Füzulinin azad olunmasına görə” medalı şəhidin oğlu Qasımov Zamin Faiq oğlunatəqdim edildi. Sonra Vətən müharibəsi iştirakçıları; Ağayev Ceyhun İsgəndər oğluna, Quliyev Adil Məmmədqulu oğluna, Atakişiyev Rövşən Azər oğluna, Aslanov Əlislam Natiq oğluna, Alıxanlı Samir Fəxrəddin oğluna, Rəşidzadə Oruc Qüdrət oğluna “Füzulinin azad olunmasına görə” medalları təqdim olundu. Eyni zamanda Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına Qurban bayramı münasibətilə ərzaq bağlamaları və qurban payı verildi.
Daha sonra Şəhidlərin ailə üzvləri və Vətən müharibəsi iştirakçıları göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.

Keçidlər