Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərin xatirə lövhələrinin açılışı oldu

06 noyabr 2021 | 16:00

6 noyabr 2021-ci il tarixində Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığıilə Qubadlı rayon İcra Hakimiyyətinin binasının qarşısında Vətən müharibəsi şəhidləri, Azərbaycanın Milli Qəhrəmanları polkovnik Şükür Həmidov və generel-mayor Polad Həşimov, Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Faiq Qasımov, leytenant Anar Qorçuyev, Ramin Quluzadə, Fərhad Fərhadovunxatirə lövhəsinin açılış mərasimi oldu. Həmçinin Birinci Qarabağmüharibəsi şəhidləri Balakişi Hüseynov və Əbülfəz Mehdiyevin xatirəsi yad olundu. Açılış mərasimində RİH-in başçısı Malik İsaqov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, hüquq-mühafizə orqanları, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhidlərin ailə üzvləri və döyüş yoldaşları iştirak edirdilər.

Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər, xatirə lövhələrinin önünə İcra Hakimiyyəti adından əkil və gül dəstələri qoyuldu. Daha sonra vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirildi. 
Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirdi ki, Cəmi 44 gün ərzində Müzəffər Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həm döyüş meydanında, həm də informasiya məkanında mənfur işğalçının və onun havadarlarının illərlə hazırladıqları və həyata keçirməyə çalışdıqları xain planlarını boşa çıxartdı, böyük səbr, təmkin və qətiyyətlə döyüş meydanında misilsiz hərbi zəfər qazandı, erməni ordusunu darmadağın etdi.
Tədbirdə çıxış edən şəhidlərin yaxınları şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirdilər.          Qeyd edək ki, 4 noyabr 2021-ci il tarixdə Nazirlər Kabinetinin qərarı ilə Qubadlı rayon Xanlıq kənd-3 saylı tam orta məktəbinə Milli Qəhrəman Şükür Həmidovun, Qubadlı rayon Mahmudlu kənd tam orta məktəbinə Vətən müharibəsi Qəhrəmanı Faiq Qasımovun, Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbinə isə Vətən müharibəsi Qəhrəmanı  Vüqar Ağayevinadı verilmişdir.

Keçidlər