Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı rayon sakinləri ilə növbəti səyyarqəbul keçirdi

04 mart 2022 | 16:00

Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə mütəmadi olaraq vətəndaşlarla görüşür, onların təkliflərini dinləyir və qayğılarını daim diqqət mərkəzində saxlayır. RİHB başçısı Malik İsaqovun növbəti səyyar qəbulu 04 mart 2022-ci il tarixində Abşeron rayonu St.Sumqayıtda yerləşən İcma mərkəzində olmuşdur.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH məsul işçiləri və rayonda fəaliyyət göstərən idarə və müəsissə  rəhbərləri  iştirak edirdi.
Qəbulda 36 nəfər sakin iştirak etmiş, 8 məsələ qaldırılmışdır. Həmin məsələlərdən 4-ü yerində həll olunmuş, 4-ü isə baxılması üçün nəzarətə götürülmüşdür.
Sonda sakinlər Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərdikləri diqqət və qayğıya görə, eyni zamanda rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər