Şriftin ölçüsü :

Saytın rəngi :

“8 Mart Beynəlxalq Qadınlar Günü”münasibətilə şəhid analarına ziyarət edildi

07 mart 2022 | 16:00

“8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə Qubadlı rayon İcra Hakimiyyətinin əməkdaşları Şəhid analarını ziyarət edib. Ziyarət zamanı şəhidlərimizin əziz xatirəsi yad edilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yolundan danışılıb, ailə üzvlərinə yüksək hörmət və ehtiram ifadə olunmuşdur. Ana şəfqəti ilə Vətən üçün sağlam ruhda uşaq tərbiyə edib, övlad böyüdən Analar ikiqat diqqətə layiqdir. Qeyd edildi ki, şəhidlər qanları, canları ilə Qarabağı, işğal altında olan torpaqlarımızı azad edərək, ölkəmizə şanlı Qələbə sevinci yaşatdılar. Biz Onlara hər zaman borcluyuq. Şəhidlərimizin əziz xatirəsi  qəlbimizdə əbədi yaşayacaqdır. Görüş zamanı Şəhid analarına gül dəstələri və hədiyyələr təqdim olundu.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 

Keçidlər