Rayonumuzun məktəbli səfirləri
15 iyun 2023 | 10:50
Qubadlı rayon Xanlıq kənd Ş.Həmidov adına 3 saylı və rayonun B.Mehdiyev adına şəhər 2 saylı məktəbin şagirdləri Gözəlova Bahar və Cuvarlı Aysu 2022-ci ildə keçirilmiş müsabiqədə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin Qubadlı rayonu üzrə region nümayəndələri və səfirləri seçilmişlər. 2020-ci iilin “Könüllülər ili” elan olunması ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Uşaq Səfirlər Məclisi” qurulub. Məclisin əsas məqsədi Respublikada yaşayan uşaqların maariflənməsi, inkişaf etdirilməsidir.