Şriftin ölçüsü :

Saytın rəngi :

Etik davraniş

1-5/20                                                                                    18.01.2023-cü il

 

 

                   Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi

         Direktorlar Şurasının sədri xanım Məleykə Abbaszadəyə

 

Sizin 01.12.2022-ci  il tarixli, 

PHŞ/3-2l-2022-3396  saylı məktubunuza cavab

 

 

         Hörmətli Məleykə xanım,

 

Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, “Dövlət Qulluğu haqqında” qanunun tələblərini rəhbər tutaraq rayonun icra strukturlarında, ikili tabeli idarə, müəssisə və təşkilatlarında inzibati vəzifə tutan dövlət qulluqçularının “Dövlət Qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa daim əməl edilməsi üçün 2022-ci ildə də müntəzəm iş aparılmışdır.

Dövlət qulluğunda çalışanların fəaliyyətinə nəzarət gücləndirilmiş, onlara qarşı tələbkarlıq artırılmış və məsuliyyətləri gücləndirilmişdir.

Aşkarlıq, tənqid və özünütənqid şəraiti Dövlət qulluğu işində çalışanların işinə müsbət təsir götərir, idarə, müəssisə və təşkilatlarda insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətlərinə, işgüzar nüfuzuna hörmət mühitinin bərqərar olmasına yardım edir.

Rayonda hazırda 156 nəfər dövlət qulluqçusu çalışır və 2022-ci il ərzində onlar  tərəfindən Dövlət qulluqçularının etik davranış qaydalarının hər hansı şəkildə pozulması halları qeydə alınmamışdır.

Mütəmadi olaraq dövlət qulluqçuları ilə “Dövlət Qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun ayrı-ayrı müddəalarının tələblərinə,“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya” nın 2019-2021-ci illərdə icrası üzrə Fəaliyyət Planı” nın 8.10.1-ci yarımbəndinin icra vəziyyəti haqqında tədbirlər keçirilir. (tədbirlərin siyahısı

hesabat formasında əlavə olunur)

İl ərzində rayon üzrə 1 nəfər dövlət qulluqçusu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Dövlət qulluqçuları ilə aparılan işin səmərəsinin yüksəldilməsi, həyata keçirilən tədbirlərin “Dövlət Qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri səviyyəsində qurulması üçün mütəmadi tədbirlər görülür.

Rayonun icra strukturlarında idarə, müəsisə və təşkilatlarında çalışan dövlət qulluqçularının etik davranış qaydalarına uyğunluğu daimi nəzarətimizdədir.

 

İcra hakimiyyətinin başçısı

 səlahiyyətlərini icra edən:                       Allahverdi Haxverdiyev

Keçidlər