Şriftin ölçüsü :

Saytın rəngi :

01 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirildi

01 avqust 2026 | 14:59

    1 avqust 2026-cı il tarixdə Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, Qubadlı rayon Tarix Diyarşünaslıq Muzeyində 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə  tədbir keçirildi.

  Tədbirdə  Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva, RİH-in məsul işçiləri, RİHB-nın inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin işçiləri,  rayonun Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Mədəniyyət evlərinin, Tarix-Diyarşünaslıq Muzeyinin işçiləri, rayon ümumtəhsil məktəblərinin dil ədəbiyyat müəllimləri iştirak edirdilər.

 Tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 Ümummilli Lider Heydər Əliyevin dilimiz haqqında çıxışını əks etdirən videoçarx təqdim olundu.

  Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva tədbir iştirakçılarını dərin tarixi kökləri olan öz dilimizin dövlət səviyyəsində qeyd olunduğu əlamətdar gün münasibətilə təbrik edərək qeyd etdi ki, dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.

 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, məhz elə 70-ci illərdə Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir.

  Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur.

  Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır: “Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur”.

 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.

 Həmçinin Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır.

  Yeni əlifbanın tətbiqi müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən biridir. Müstəqilliymizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu mənada Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında Ulu Öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli 552 nömrəli Fərmanı tarixi hadisədir.

   2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

  Ana dilimizə, mədəniyyətimizə göstərilən böyük diqqət və qayğı bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” Sərəncamları ilə Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin kütləvi tirajla nəşr olunaraq ölkənin bütün kitabxana şəbəkəsinə hədiyyə edilmişdir.

  Çıxış edən tərəqqi medallı əməkdar müəllim Ədalət Əsədov, RİH aparatında Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, Qazi Sənan Həsənov, rayonun Hafiz Quliyev adına Çaytumas kənd məktəb liseyinin dil ədəbiyyat müəllimi əməkdar müəllim Sevil Məmmədova,

rayonun Süleyman Rəhimov adına Mahruzlu kənd tam orta məktəbinin Dil-Ədəbiyyat müəllimi Nərgiz Xəlilli və digər çıxış edənlər bildirdilər ki, hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Qeyd olundu ki, dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın Ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Ulu öndər Heydər Əliyevin müvafiq Fərmanından sonra ana dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə başlanıldı.

  Vurğulandı ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti hazırda Ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam e

Keçidlər