06.01.1994-cü il tarixdə Ağdamın Güllücə kəndində eyni gündə şəhid olmuş 8 nəfər Qubadlı rayon sakininin anım günü tədbiri keçirildi
Qubadlı rayon İcra Hakimiyyətinintəşkilatçılığı ilə 2023-cü il 6yanvar tarixində Sumqayıt şəhər Şəhidlər Xiyabanında 06.01.1994-cü il tarixində Ağdamın Güllücə kəndində eyni gündə şəhid olmuş 8 nəfər -Şəhid Kərimov Şahbaz Canbaxış oğlu,Yaqubov Kəhkəşan Bulud oğlu,Səmədov İslah Mahmud oğlu, Adıyev Həmzə Qardaşxan oğlu, Bədəlov Bədəl Bəxtiyar oğlu, Aslanov Fazil Xanış oğlu, Abdullayev Kamal İbiş oğlu, Əliyev Teyyub Kamil oğlununanım günü tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov,Ağdamın Sumqayıt şəhərindəki nümayəndəsi Şakir Səfərov, rayon icra hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Şəhidlərimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra Sumqayıt şəhər Cümə məscidinin axundu Hacı Rauf tərəfindən şəhidlərimizin ruhuna dualar oxundu.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olmuşdur. Onlardan 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Şəhidlərimizdən 8 nəfəri 06.01.1994-cü il tarixində Ağdamın Güllücə kəndində eyni gündə şəhid olmuşdur. Ümumilikdə 20 nəfər Qubadlı rayon sakini Ağdamın Güllücə kəndində gedən döyüşlərdə Şəhid olmuşdur.
44 günlük Vətən müharibəsindən sonra Qubadlı RİH başçısı Malik İsaqovun köməkliyi ilə Qubadlı rayonunda Milli Qəhrəmanlar Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bəylər Ağayev və Milli qəhrəman Əliyar Əliyevin sürücüsü Əlisadət Ağayevin və Həsən Qorxmazın qəbirüstü abidələri yenidən götürülüb. Eləcə də Aşağı Mollu kəndində Həcər xanımın qəbirüstü abidəsi bərpa olunub. Qəbirüstü abidələrin bərpası hələ də davam edir, yaxın gələcəkdə digər şəhidlərimiz üçün də nəzərdə tutulur. Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab Malik İsaqovun diqqət və qayğısı sayəsində Sumqayıt və digər şəhərlərdə də müntəzəm olaraq bu işlər yerinə yetirilir. Vətən müharibəsi şəhidlərinin eləcə də I və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr qoyulur, xatirə lövhələri, baralyeflər hazırlanır.
Çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmovbildirdi ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.
Digər çıxış edənlər-Şəhid Aslanov Fazil Xanış oğlunun qardaşı Şükar Aslanov, Şəhid Yaqubov Kəhkəşan Bulud oğlunun qardaşı Mütalib Yaqubov, Vətən Müharibəsi Şəhidi Abışov Sirac Abış oğlunun anası Azadə Abışova, Şəhid Abdullayev Kamal İbiş oğlunun qardaşı Oruc Abdullayev, Şəhid Səmədov İslah Mahmud oğlunun yaxın qohumu Yaşar Həsənov, keçmiş komandir Sadiq Paşayev və başqalarıŞəhidlərimizlə bağlı öz xatirələrini bölüşdülər və qeyd etdilər ki, Şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Son illər Respublikamızda Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil- məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir. Çıxış edənlər eyni zamanda göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.
Sonda Sumqayıt Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyi tərəfindən hazırlanmış vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlərsəsləndirildi.
Şəhid Kərimov Şahbaz Canbaxış oğlu 1969-cu ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olmuşdur. 1985-ci ildə doğma kəndindəki məktəbi bitirərək,Tovuz rayonu Kənd Təssərüfatı Texnikomuna daxil olmuşdur. 1988-ci ildə sovet ordusu sıralarına çağırılmışdır.Daha sonra Çərəli kənd Sovetində ixtisası üzrə işə qəbul olumuşdur. Qarabağ hadisələri başlayan gündən Şahbazın üzü gülmürdü.1991-ci idə könüllü olaraq torpaqlarımızı müdafiəsinə qalxmışdı.Şahbaz gecə-gündüz torpaqlarımızın müdafiəsində dayanmışdı.Şahbaz qrantamiyotdan çox yaxşı istifadə edirdi.Hədəfi çox gözəl nişan alırdı.O,Laçın,Zəngilan,Cəbrayıl ,Fizuli uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərmişdir.1994-cü ilin yanvar ayında Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.Məzarı Sumqayıt şəhəri “Şəhidlər xiyabanı”ndadır.
Yaqubov Kəhkəşan Bulud oğlu 01 fevral 1972-ci ildə Qubadlı rayonunun Saldaş kəndində anadan olmuşdur.1979-cu ildə,Saldaş kənd ibtidai məktıbin 1-ci sinfinə getmişdir.1982-ci ildə,Qubadlı rayon Fərcan kənd orta məktəbində orta təhsilini davam etmişdir.1989-cu ildə orta məktəbi bitirib,1990-cı ildə Hərbi xidmətə çağırılmışdır.1992-ci ildə hərbi xidiməti keçmiş sovetlər ittifaqında Leninqrad(indiki SanktPeterburq)şəhərində xidimət edib bitirdikdən sonra doğma vətəninə,Qubadlıya qayıtmışdır.Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlər,erməni terorçularının çirkin əməlləri,Kəhkəşanı da narahatedir,ermənilərin terorçu əməllərindən qəzəblənən Kəhkəşan,könüllü olaraq,1992-ci ilin iyun ayının 10-da,könüllü olaraq Milli Ordu sıralarına daxil olmuşdur.Kəhkəşanındöyüş yolu,Qubadlı,Zəngilan,Laçın istiqamətində gedən ağır döyüşlərdən keçərək,xüsusi igidliklər göstərmişdir.1993-1994-cü illərdə,Zəngilanda,Ağdamda gedən ağır döyüşlərdə qəhrəmanlıqlar nümayiş etdirmişdir. O, bir neçə dəfə öz döyüş yoldaşlarını düşmən gülləsindən xilas etmişdir.İgid qəhrəman döyüşçü,Kəhkəşan Bulud oğlu Yaqubovun son döyüşü, 06 yanvar 1994-cü ildə,Ağdam rayonunun Güllücə kəndində gedən şiddətli döyüşdə olmuşdur.Beləki,Kəhkəşanın iştirak etdiyi həmin qanlı döyüşdə,Kəhkəşan və döyüş yoldaşları düşmənə ağır zərbələr endirərək,erəməni terorçularının xeyli hərbi texnikasını və canlı qüvbəsini məhv etmişlər.Bu qanlı döyüşdə Kəhkəşan Yaqubovda Qərəmancasına Şəhid olmuşdur. Subay idi,məzarı Sumqayıt şəhərindəki "Şəhidlər Xiyabanı"nındadır.
Səmədov İslah Mahmud oğlu 1962-ci ildə Qubadlı rayonu Dəmirçilər kəndində anadan olmuşdur.1978 –ci ildə Dondarlı kənd orta məktəbini bitirmişdir.1979-81 ci illərdə Sovet ordusu sıralarında xidmət etmişdir.Hərbi xidməti bitirdikdən sonra Krasnoyarsk şəhərində qalmış və orda qaynaqçı peşəsinə yiyələnmişdir.1986-cı ildə vətənə qayıtmış və əmək fəaliyyətini davam etdirmişdir.1992-ci ildə könüllü olaraq Milli ordu sıralarına qəbul edilmişdir.Rayonun sərhəd kəndlərində gedən döyüşlərdə əsil fədakarlıq nümunələri göstərmişdir.İslah igid bir döyüşçü olmaqla bərabər,həmdə cəsur kəşfiyyatçı idi.Buna görədə o bölmə komandirinin müavini vəzifəsinədək yüksəlmişdi.Bir kəşfiyyatçı kimi ona verilən bütün vəzifələri yerinə yetirirdi.1993-cü il mayın 17-də Qafan rayonunun Ağavurd kəndinə kəşfiyyata gedərkən gözlənilmədən erməni kəşfiyyatçısı ilə qarşılaşmış və aman vermədən düşməni məhv etmişdir.Başarat kəndi ətrafında da dəstə ilə birlikdə 5 erməni kəşfiyyatçısını məhv etmişdilər.İslah Zəngilan,Laçın,Cəbrayıl və Ağdam uğrunda gedən döyülərdə fəal iştirak etmiş və igidlik nümunələri göstərmişdir.Son döyüşü 1994-cü il yanvarın 6-da Ağdamın Güllücə kəndə olmuşdur.İslah qanlı döyüşdə igidliklə həlak olmuşdur.Məzarı Sumqayıt şəhərində yerləşən Şəhidlər xiyabanındadır.
Adıyev Həmzə Qardaşxan oğlu 1974-cü ildə Qubadlı rayonu Dondarlı kəndində anadan olmuşdur.1991-ci ildə orta məktəbi bitirib Neft Kimya İnstitutunun Sumqayıt filyalına qəbul olunmuşdur.İdmançı idi.Respublika birinciliyində 5-dəfə 1-ci, 4-dəfə 2-ci yeri tutmuşdur.1990-cı ildə Belarusiyada keçirilən Ümum İttifaq yarışlarında ən yüksək dərəcəyə qalxaraq 1-ci yeri tutmuşdur.Qarabağ hadisələri zamanı ali təhsilini yarımçıq qoyaraq ,ana yurdun müdafiəsinə qalxmışdı.Həmzə rayonun sərhəd kəndlərində gedən şiddətli döyüşlərdə fəal iştirak etmişdir.Sön döyüşü 1994-cü il yanvarın 6-da Ağdamın Güllücə kəndində olmuşdur.Həmin gün cəsur döyüşçü igidliklə vuruşmuş ,şəhidlik zirvəsinə yüksəlmişdir. Məzarı Sumqayıt şəhərində yerləşən Şəhidlər xiyabanındadır.
Bədəlov Bədəl Bəxtiyar oğlu 1954-cü ildə Qubadlı rayonu Dondarlı kəndində anadan olmuşdur.1972-c ildə orta məktəbi,1977-ci ildə Politexnik Texnikomunu bitirmişdir.1993-cü ildə Qarabağ hadisələri zamanı könüllü surətdə Milli ordu sıralarına yazımışdı.Bədəl Azərbaycanın Milli qəhramanı Əliyar Əliyev adına taborun tərkibində hərbi xidmətə başlayarağ rayonun sərhəd kəndlərinin erməni hücumundan qorunmasında fədakarlıq göstərmişdir.Bədəl Zəngilan,Laçın,Cəbrayıl və Ağdam uğrunda gedən döyülərdə fəal iştirak etmiş və igidlik nümunələri göstərmişdir.Son döyüşü 1994-cü il yanvarın 6-da Ağdamın Güllücə kəndə olmuşdur.Bədəl qanlı döyüşdə igidliklə həlak olmuşdur.Məzarı Sumqayıt şəhərində yerləşən Şəhidlər xiyabanındadır. İşlədiyi Sumqayıt Elektrik Avadanlığı Zavodunda igid əsgərin abidəsi qoyulmuş,yaşadığı binanın divarına xatirə lövhəsi vurulmuşdur.
Aslanov Fazil Xanış oğlu 1965-ci ildə Qubadlı rayonu Xəndək kəndində anadan olmuşdur.1980-ci ildə Qaracallar orta məktəbibin 8-ci sinifini fərqlənmə səhadətnaməsi ilə bitirmiş,Sumqayıt Politexnik Texnikomuna qəbul olunmuşdur.Hərbi xidmətini başa vurduqdan sonra Rayon Qaz idarəsində işə qəbul olunmuşdur O,1991-ci ildə könüllü olaraq Əliyar Əliyevin təşəbbüsu ilə yaradılan tabora daxil olmuşdu. Fazil rayonun sərhəd kəndlərində gedən şiddətli döyüşlərdə fəal iştirak etmişdir.Bir gün Fazil döyüş dostu Ağalar ilə birlikdə ermənilərin döyüş sursatıyla dolu əl arabasınıvə 20 ədəd avtomatı birlikdə gətirib hərbi hissəyə təhvil vermişdi.4 illik xidməti dövründə Fazil böyük fədakarlıq nümunəsi göstərmiş və buna görə də komandirinin ,əsgər dostlarının sevimlisinə çevrilmişdi.Tabor komandiri onu taborun dayaqlarından biri hesab edirdi.Fazil Aslanov torpaqlarımızın işğalı ilə barışa bilmirdi.Qubadlının işğalı onu daha da sarsıtmışdı.Yoldaşlarına deyird ki,bizim ana torpaq üzərində gəzməyə haqqımız yoxdur.Son döyüşü Ağdamın Güllücə kəndində oldu.Həmin gün bizimkilər fədakarlıqla vuruşaraq,düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv etdilər.Fazil həmin gün şəhidlik zirvəsinə ucaldı. .Məzarı Sumqayıt şəhərində yerləşən Şəhidlər xiyabanındadır.
Abdullayev Kamal İbiş oğlu Ermənistan Respublikasının Qafan şəhərində anadan olmuşdur.1988-ci ildə Qubadlı rayon Fərcan kənd orta məktəbini bititmişdir.1992-ci il avqustun 25-də Milli ordu sıralarına qəbul olunmuşdur. Rayonun sərhəd kəndlərində gedən döyüşlərdə əsil fədakarlıq nümunələri göstərmişdir. Zəngilan,Laçın,Cəbrayıl və Ağdam uğrunda gedən döyülərdə fəal iştirak etmiş və igidlik nümunələri göstərmişdir. Son döyüşü Ağdamın Güllücə kəndində olmuşdur.Cəsur döyüşçü Kamal bu qanlı vuruşmada yaralı yoldaşını döyüş meydanından çıxararkən qəhrəmanlıqla həlak olmuşdur. Məzarı Sumqayıt şəhərində yerləşən Şəhidlər xiyabanındadır.
Əliyev Teyyub Kamil oğlu 1973-cü il yanvarın 15-də Qubadlı rayonu Aşağı Cibikli kəndində anadan olmuşdur.1985-c ildə Cibikli kənd orta məktəbini bitirmişdir.Qarabağ hadisələri başlayanda ,Əliyar Əliyevin təşkil etdiyi özünümüdafiə taboruna qoşulan,lakin yaşına görə döyüşə buraxılmayan 18 yaşlı Teyyub silahdan istifadə qaydalarını öyrənir. 18 yaşı tamam olan kimi bütün döyüşlərdə mərdliklə vuruşur və bir çox ermıni teroristini məhv edir.Qubadlıdan sonra Zəngilan və Ağdamda gedən döyüşlərdə fəal iştirak edir. Son döyüşü Ağdamın Güllücə kəndində olmuşdur. Teyyub 1994-cü il yanvarın 6-da fədakarlıqla vuruşaraq,qəhrəmancasına şəhid oldur. Məzarı Sumqayıt şəhərində yerləşən Şəhidlər xiyabanındadır.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!