Şriftin ölçüsü :

Saytın rəngi :

1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

30 may 2025 | 09:50

30 may 2025-ci il tarixdə Qubadlı Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Sumqayıt şəhər 12-ci mk/r ərazisində fəaliyyət göstərən Qubadlı Şəhər 2 saylı körpələr evi-uşaq bağçasında 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaqların Hüquqlarını Qoruyaq” adlıtədbir keçirildi.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva, Rayon Gənclər və İdman sektorunun müdiri İslam Allahverdiyev, rayon Qadınlar Şurasının sədri Nuriyyə Hüseynova, bağçanın kollektivi, körpə fidanlar və valideynlər iştirak edirdilər.

Tədbiri Qubadlı Şəhər 2 saylı körpələr evi - uşaq bağçasının müdiriYaqut Abbasovaaçıq elan edərək1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik etdi onlara xoş günlər arzuladı.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edərək, onlara cansağlığı, sağlam həyat, gözəl təhsil və xoşbəxt gələcək arzuladı.

Qeyd etdi ki, dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü hər il qeyd edilir. Ölkəmizdə insanların, o cümlədən uşaqların rahat və xoşbəxt yaşamaları üçün dövlət tərəfindən mütəmadi olaraq işlər görülür. Uşaqların hüquqlarının qorunması, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayırdı.Ulu Öndərin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” fikri bu siyasi kursun əsas özəyini təşkil edir. Ümummilli lider Heydər Əliyev uşaq hüquqlarının müdafiəsini davamlılığı, onun məzmununun zənginləşdirilməsi məqsədilə 1998-ci il avqustun 24-də “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun təsdiqi ilə bağlı Fərman imzalamışdır. Qanunda uşaqların hüquq bərabərliyi, vicdan, söz və məlumat azadlığı, yaşamaq və inkişaf etmək, tərbiyə almaq, şərəf və ləyaqətinin müdafiəsi hüquqları xüsusi vurğulanır.Həmin siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan uşaqlarına qayğı bu gün də diqqət mərkəzindədir. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də bu sahəyə diqqətdən xəbər verir. Bu həm də onu göstərir ki, Azərbaycan dövləti uşaqların sabahı üçün böyük tədbirlər görür.Bu istiqamətdə sivil qanunvericilik bazası yaradılmışdır. Bu gün Azərbaycanda uşaq hüquqlarının konstitusion qaydada qorunması təmin edilmişdir. Ölkəmiz bu sahədə beynəlxalq konvensiyalara qoşulmuşdur.

Şəhid ailələrinin üzvləri dövlətin hər cür diqqət və qayğısı ilə əhatə olunur, xüsusilə şəhid övladlarına hərtərəfli qayğı göstərilir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqların qayğısız yaşamaları üçün göstərdiyi fəaliyyət xüsusilə qeyd edildi. Ulu Öndərin xatirəsinə ehtiram olaraq yaradılan Heydər Əliyev Fondu böyük rəhbərin bu sevgisini, humanist ideyalarını layiqincə yaşadır.

Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir,uşaqlara diqqət və qayğı rayon rəhbərliyinin fəaliyyətində əsas yerlərdən birini tutur. Rayonumuzda uşaqların təhsili, yaşayışı üçün normal şəraitin yaradılması rayon rəhbərliyinin gündəlik nəzarətindədir. Rayonda məktəb tikintisi sahəsində, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində, genişmiqyaslı işlər bunun bariz nümunəsidir. Rayonda uşaq hüquqları sahəsində maarifləndirmə tədbirlərinin təşkili də ənənə halını almışdır.

Digər çıxış edənlərRayon Gənclər və İdman sektorununmüdiri İslam Allahverdiyev və Rayon Qadınlar Şurasının sədri Nuriyyə Hüseynova “Dövlətimiz uşaqların sağlam və firavan böyüməsinə, onların hər cür qayğı ilə əhatə olunmasına, müasir vətəndaş kimi yetişməsi məsələlərinə xüsusi diqqət yetirir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur” bu fikirləri vurğulayaraq1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə uşaqlarıbir daha təbrik edərək, onlara can sağlığı, firəvan həyat, dərslərində naliyyətlər və gələcək həyatlarında uğurlar arzuladılar.

Tədbir Qubadlı şəhər 2 saylı Körpələr evi-uşaq bağçasının kollektivinin hazırladığı musiqili əyləncəli konsert proqramı ilə davam etdirildi.

 

Keçidlər