Polis Günü
Sumqayıt şəhərində Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında 2 iyul “Polis Günü” münasibətilə 2.07.2014-cü il tarixdə tədbir keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin, Rayon hüquq mühafizə orqanlarının əməkdaşları, Polis şöbəsinin şəxsi heyəti, idarə və müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbirdə 150 nəfər iştirak etdi.
Əvvəlcə Rayon İcra Hakimiyyətinin foyesində olan ulu öndər Heydər Əliyevin abidəsinə əkili qoyuldu.
Tədbiri giriş sözü ilə açan Rayon Polis şöbəsinin rəisi polkovnik Nizami Əhmədov Azərbaycan Daxili İşlər naziri cənab Ramil Usubovun təbrik məktubunu oxudu. Məruzə ilə Rayon Polis şöbəsinin müavini-polkovnik-leytenant Rahid Xanlarov polis şöbəsinin keşməkeşli həyat fəaliyyətindən danışdı.
Tədbirdə Rayon Polis şöbəsinin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi polkovnik-leytenant Alqulu İsmayılov, rabitə şöbəsinin müdiri Yusif Quliyev, rayon prokuroru Qoşqar Əhmədov da çıxış etdilər.
Yekunda Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov polis işçilərini təbrik edərək Rayon İcra Hakimiyyəti və Rayon Polis şöbəsi tərəfindən bir neçə polis əməkdaşına fəxri fərman verdi.