Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanın hərbi təcavüzü nəticəsində Qubadlı rayonunun işğalının 21-ci ildönümü ilə əlaqədar keçirilən tədbir haqqında

29 avqust 2014 | 15:00

29 avqust 2014- cü il tarixdə Ermənistanın hərbi təcavüzü nəticəsində Qubadlı rayonunun işğalının 21-ci ildönümü ilə əlaqədar olaraq tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Baş Nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə dövlət komitəsinin sədri cənab Əli Həsənov, Milli Məclisin deputatı İmanverdi İsmayılov, Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, rayon ictimaiyyəti, idarə, müəssisə və təşkilatların nümayəndələri, respublikanın digər qurumlarınından olan qonaqlar iştirak ediridilər. Tədbir iştirakçıları əvvəlcə Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanını ziyarət etdilər.
Sonra tədbir Sumqayıt şəhəri 17-ci mikrorayonda yerləşən Olimpiya İdman kompleksidə davam etdirildi.
Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov çıxış edərək qeyd etdi ki, bu gün Qubadlının işğalının 21-ci ili tamam olur. Zəngin tarixə malik olan rayonumuzun bütün əmlakı ermənilər tərəfindən talan edilmişdir. Düşmənlə mübarizədə 238 nəfər Qubadlı sakini şəhid olmuş, 200 nəfərə yaxın ağır yaralanmış, 316 nəfər əlil olmuş, 100 nəfərdən çox itgin düşmüşdür. Artıq 21 ildir ki, 35836 nəfərdən ibarət Qubadlı əhalisi respublikamızın 42 rayonunda məcburi köçkün ömrü yaşayır. Əhalimizin mütləq əksəriyyəti Sumqayıt şəhərində məskunlaşıb. Harda məskunlaşmağından asılı oımayaraq rayon əhalisinin problem və çətinlikləri yerli icra strukturlarının diqqətindədir.  Bu isə əsası Ulu öndərimiz tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam və inkişaf etdirilən siyasətin yerlərdə layiqincə icrasının təzahürüdür.
Başçı qeyd etdi ki, 21 il ərzində torpaq həsrəti bir an da olsun əhalimizi tərk etməyib. Dövlətimiz və hökümətimiz məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmini sahəsində kompleks tədbirlər həyata keçirmişdir. Bütün bu diqqət və qayğını minnətdarlıqla qarşılayan əhalimiz doğma yurda qayltmaq istəyi ilə yaşayır. Rayon əhalisi hər zaman Azərbaycan dövlətinə sadiqdir və qəti əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Qubadlıya qayıdacağımız gün uzaqda deyil.
Azərbaycan Respublikası Baş Nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə dövlət komitısinin sədri cənab Əli Həsənov çıxış edərək 21 il ərzində vətən həsrəti ilə məcburi köçkünlük ömrü yaşayan Qubadlı əhalisinin nümayiş etdiridiyi dözümlülüyün və dövlətə sadiqliyin örnək olduğunu bildirdi. O, qeyd etdi ki, bütün çətinliklərə rəğmən bu müddətdə rayon əhalisi Azərbaycanda vüsət almış quruculuq işlərində fəal iştirak etmişlər.
Sonra təcavüzkar siyasətinə beynəlxalq güclərin yetərincə təzyiq etməməsinin təəssüf doğurduğunu bildirilərək Azərbaycan Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə doğma torpaqlarımıza qayıdacağımıza olan sonsuz inamını dilə gətirdi.
Sonra tədbir məktəblilərin paradı və idmançıların çıxışları ilə davam etdirildi. Vətənpərvərlik mövzusunda şerlər səsləndirildi.

Keçidlər