Şriftin ölçüsü :

Saytın rəngi :

Anım günü

27 sentyabr 2014 | 15:00

27 sentyabr 2014-cü il tarixində Qubadlı rayonu İcra Hakimiyyəti tərəfndən Azərbaycanın ilk Milli Qəhrəmanlarından olan  Kazımağa Möhsün oğlu Kərimovun xatirəsinə həsr olunmuş tədbir keçirildi. Əvvəlcə Bakı şəhərində “Şəhidlər Xiyabanı”nda uyuyan şəhidin məzarı ziyarət olundu. Sonra tədbir Sumqayıt şəhərində “28 May” mədəniyyət evində davam etdirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, hüquq mühafizə oraqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak edirdilər.
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edildikdən sonra, şəhidin keçdiyi həyat yolunu əks etdirən video çarx nümayiş etdirildi.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qeyd etdi ki, Qubadlının başını hər zaman uca edən şəhid qəhrəmanlardan biri də Azərbaycanın Milli Qəhrəmanı Kazımağa Möhsün oğlu Kərimovdur.
O, 1951-ci il sentyabr ayının 1-də Qubadlı rayonunun Sarıyataq kəndində ziyallı ailəsində anadan olmuşdur. Qubadlı qəsəbə orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsinə qəbul olmuşdur.
Universiteti bitirdikdən sonra bir müddət “Azərbaycan məktəbi” jurnalında, sonra isə “Azərbaycan müəllimi” qəzetində çalışmışdır.
1988-ci ildə Azərbaycanımızın üzərini qara buludlar aldığ bir zamanda Kazımağa da qələmini silahla əvəz edərək doğma torpalarımızın müdafəsinə qalxmışdır.  Ancaq qəhrəmanın döyüş yolu doğulub boya-başa çatdığı doğma Qubalıdan deyil, Goranboydan keçmişdir.
Başçı xüsusilə vurğuladı ki, Qarabağ hadisələri başlayanda Goranboyda yaradılan ilk özünümüdafiə taborunun təşəbuskarlarından biri də Kazımağa Kərimov olmuşdur. Yeni taborun yaradılması, formalaşması, qısa müddət ərzində mübariz, döyüşkən bir hissə kimi yetişməsində Kazımağanın əvəzsiz xidmətləri olmuşdur. Odlu döyüş yollarından keçən Kazımağa Goranboy torpaqlarının erməni təcavüzkarlarından tamamilə təmizlənəcəyinə inanırdı. Ona görə növbəti əməliyyatın hazırlanmasında fəal iştirak edirdi.
Heyf ki, o, bu uğurlu əməliyyatın nəticəsini görə bilmədi. Kazımağa Kərimov 1992-ci ilin 12-13 iyununda keçmiş Şaumyankənd rayonunun azad olunması uğrunda gedən döyüşlərdə ayağından yaralanır. Kazımağa ağır yaralanmasına baxmayaraq rəhbərlik etdiyi əməliyyatın sonunadək iştirak edir. Əməliyyat bitdikdən sonra Bakı şəhərində yerləşən Hərbi Hospitala çatdırılan Kazımağanın həyatını xilas etmək mümkün olmur. O, 15 iyun tarixində gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə ucalır. 1992-ci il  iyunun 16-da Bakıda, Şəhidlər Xiyabanında dəfn olunur.
Kazımağa Möhsün oğlu Kərimova ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli, 6 saylı Fərmanı ilə Milli Qəhrəman fəxri adı verilmişdir.
Tədbirdə iştirak edən şəhidin hərbçi yoldaşları onun keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan danışdılar. Onun müəllimləri, tələbə və qələm dostları, keçmiş iş yoldaşları, yaxınları və uşaqlıq dostları şəhid qəhrəmanla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər.
Şəhidin ailə üzvləri adından çıxış edən professor Zahid Quliyev şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirdi. Qeyd etdi ki, şəhid ailələrinə qayğı həmişə dövlət başçısının diqqət mərkəzindədir. Son illər Respublikamızda şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.
Qubadlı rayonu torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə yüzlərlə şəhid vermişdir. Şəhidlərin xatirəsinin anılması, şəhid ailələrinə diqqət və qayğı rayon icra başçısı  Malik İsaqovun diqqət mərkəzində olan məsələlərdəndir.
Anım mərasimində Milli Qəhrəman Kazımağa Kərimova həsr olunmuş şerlər səsləndirildi, musiqilər ifa olundu.

Keçidlər