Şriftin ölçüsü :

Saytın rəngi :

17 Noyabr- Azərbaycan Respublikasının Milli Dirçəliş Günü

17 noyabr 2014 | 16:00

15 noyabr  tarixində Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Qubadlı rayon Mədəniyyət və Turizm şöbəsində 17  noyabr “Milli Dirçəliş Günü” münasibəti ilə Mərkəzi Kitabxana Sistemində   dəyirmi masa təşkil edildi.
Öncə geniş kitab sərgisinə baxış keçirildi. Tədbirə Rayon  Mədəniyyət və Turizm şöbəsinin müəssisələrinin işçiləri; Mərkəzi kitabxananın  işçiləri, musuqi məktəblərinin müəllimləri, mədəniyyət evlərinin işçiləri iştirak etdilər.  Rayon İcra Hakimiyəti başçsının müavini, İctimai Siyasi  və Humanitar məsələlər şöbəsinin müdiri Xoşqədəm  Alıyeva,  İcra Hakimiyyətinin İctimai Siyasi  və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elşən Qəhrəmanov, rayon Mədəniyyət və Turizm  şöbəsinin müdiri İlham Əhmədov iştirak edirdilər.
Tədbiri   Mərkəzi Kitabxananın  direktoru Müşgünaz Muradova  tədbiri açaraq Milli Dirçəliş gününü tarixindən  geniş danışdı: 1988-ci ilin  ili günlərində ermənistanın azərbaycana qarşı açıq təcavüzü başlanmışdı.Moskvanın, xüsusəndə SSRİ-nin rəhbəri M. Qarbaçovun  buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovmuşdular. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmayırdılar, həm də onları cismən öldürmüş, didi-diri yandırmışdılar. Ermənilərin tarixdə görünməmiş bu vandalizminə M. Qorbaçov və onun ətrafı heç bir reaksiya verməmişdilər. Ermənilər bununlada kifayətlənməmiş,1988-ci il fevral ayının əvvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törətmişdilər.  Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşməsi haqqında məsələ qaldırmışdılar. 1988-ci il noyabr 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı anti azərbaycan siyasətinə ehtiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mnitinqi başlamışdır. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.  Bu gün Azadlıq və Müstəqilliyimizin əldə olunmasında meydan hərakatının əhəmiyyətini bir daha yada saldı.                                               Mövzu ətrafında Eldar Hüseynov,  Elşən Qəhrəmanov, Fəxrəddin Təhməzov və digər yoldaşlar çıxış etdilər. 
  Rayon İcra Hakimiyətinin   müavini Xoşqədəm  Alıyeva  Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqovun qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğısından,  rayonda görülən  işlərdən danışdı, Dövlətimizin başçısı İlham Əliyev cənablarının apardığı məqsədyönümlü siyasət nəticəsində qaçqın və məcburu köçkünlərin tezliklə doöma torpaqlarına qayıdacaqlarından bəhs etdi. 
Tədbirin yekununda çıxış edən şöbə  müdiri İlham Əhmədov bu və digər sahələrdə  rayon Mədəniyyət və Turizm işçilərinin qarşısında duran vəzifələrdən danışdı və sonda tədbirin yüksək səviyyədə hazirlanmasını qiymətləndirib, təbbirə qatılanlara öz minnətdarlığını bildirdi.

Keçidlər