Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 11-ci ildönümü münasibətilə Qubadlı rayon İcra hakimiyyətində 11.XII.2014-cü il tarixində keçirilən elmi-praktik konfrans haqqında məlumat
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 11-ci ildönümü münasibətilə Qubadlı rayon İcra hakimiyyətində 11.XII.2014-cü il tarixində keçirilən elmi-praktik konfrans haqqında
Məlumat
Ümummilli liderin xatirəsinə həsr edilmiş tədbirin əvvəlində iştirakçılar tərəfindən İcra hakimiyyətinin binasının foyesində olan dahi rəhbərin büstünün üzərinə gül dəstələri qoyuldu. Sonra tədbir İcra hakimiyyətinin iclas zalında davam etdirildi.
Tədbiri rayon İcra hakimiyyətinin başçısı cənab Malik İsaqov açdı. Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Malik İsaqov giriş nitqində ümummilli lider Heydər Əliyevin fəaliyyətindən, onun müasir Azərbaycan dövlətinin qorunub saxlanması və inkişafındakı rolundan bəhs etdi. M. İsaqov vurğuladı ki, bu gün Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya əsasında apardığı siyasət Azərbaycan dövlətini işıqlı gələcəyə doğru aparır. Azərbaycan dövləti bütün sahələr üzrə inamla inkişaf edir və getdikcə möhkəmlənir. Güriş nitqində əhalinin sosial vəziyyətinin yaxşılaşdığını qeyd edən M. İsaqov bildirdi ki, bu inkişaf məcburi köçkünlərin daima yeniləşən həyatında da özünü göstərir. Sonra tətbir şıxışlarla davam etdirildi.
Rayon İcra hakimiyyətinin işçisi Məhəmməd Həsənov “Böyük dövlət xadimi, əvəzolunmaz şəxsiyyət”, Saray kənd tam orta məktəbin müəllimi Gülşən Allahverdiyeva “Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan cəmiyyətində qadınların rolu”, Fərcan kənd tam orta məktəbin müəllimi Ədəlat Əsədov “Heydər Əliyev və Azərbaycan dili”, Təhsil şöbəsinin işçisi Elmira Yaqubova “Dünya siyasətçiləri Heydər Əliyev haqqında” mövzularda məruzə ilə çıxış etdilər. Edilən məruzələrdə ümummilli lider Heydər Əliyevin müasir dövlətçilik tariximizdə quruculuq və xilaskarlıq missiyasından, apardığı daxili və xarici siyasətdən, Azərbaycanın tolerant ölkə kimi dünyada nüfuz qazanmasından, Qəbul edilən mütərəqqi qanunlardan, hakimiyyəti illərində gender bərabərliyinin təşəkkül tapmasından, azərbaycançılıq ideologiyasının milli ideologiyaya çevrilməsindən, dünya siyasətçiləri arasındakı reytinqindən, Azərbaycan dilinin, mədəniyyətin, elmin inkişafına verdiyi tövhələrdən ətraflı bəhs edilmişdir. Tədbirdə Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin bəzi məqamlarını əks etdirən video çarx da nümayış etdirildi.
Elmi-praktiki konfransı yekun nitqi ilə tamamlayan rayon İcra hakimiyyətinin başçısı cənab Malik İsaqov dahi rəhbərin xatirəsinə həsr edilmiş anım tədbirlərinin rayonun idarə, müəssisə və təşkilatlarında, eləcədə rayonun ümumtəhsil məktəblərində keçirildiyini qeyd edərək vurğuladı ki, Azərbaycan xalqının qəlbində əbədiyaşarlıq statusu qazanmış Heydər Əliyevin xatirəsi daima ürəklərdə yaşayacaqdır.