Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Qubadlı rayonunda tədbir keçirilmişdir
29 dekabr 2014-cü il tarixində Sumqayıt şəhərində yerləşən “Bəyaz Saray” şadlıq evində Qubadlı RİH və Qubadlı Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təntənəli tədbir keçirilmişdir. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin nümayəndələri, idmançılar və gənclər iştirak edirdi.
Bayram tədbiri açıq elan edildikdən sonra, Qubadlı rayon İcra Hakimiyyətinin başçısının müavini Allahverdi Haxverdiyev təbrik nitqi söylədi. Bildirdi ki, Azərbaycanın tarixinə uğurlu il kimi daxil olan 2014-cü ildə respublikamızın regional və qlobal əhəmiyyəti daha da artmış, xalqımızın sosial rifah halı yüksəlmişdir. Qцрур щисси иля гейд етмяк лазымдыр ки, районумузун ящалиси дя бу просесдя дювлятимизя садиглик мювгелярини бир даща сцбут етmişdiляр.
Sonra tədbir iştirakçılarını təbrik edən rayon İcra Hakimiyyətinin başçısının müavini Xoşqədəm Alıyeva vurğuladı ki, Ötən 2014-cü il ərzində rayon üzrə 89 ailə yeni mənzillə təmin edilmiş, yüzlərlə ailənin məişət şəraitinin bu və ya digər dərəcədə yaxşılaşdırılmasına nail olunmuşdur. Rayonda idarə, müəssisə və təşkilatların iş şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir. Belə ki, “İnşaatçılar” qəsəbəsində 2 mərtəbəli ictimai binada əsaslı təmir və yenidənqurma işləri başa çatdırılmışdır. Həmin binada rayonun inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və Qarabağ Müharibəsi Veteranları Cəmiyyətinin rayon şöbəsi yerləşdirilmişdir. Binanın həyətində işçilərin istifadəsi üçün ictimai iaşə obyekti tikilmiş, istirahət guşəsi yaradılmış, abadlıq işləri aparılmışdır.
Vurğulandı ki, ötən il ərzində rayonda vətənin azadlığı uğrunda canlarından keçmiş qəhrəmanların anım mərasimləri, respublika və rayon əhəmiyyətli tədbirlər yüksək səviyyədə qeyd olunmuşdur.
2014-cü il ərzində əhalimizin aztəminatlı hissəsi, şəhid ailələri diqqətdə saxlanılmışdır. Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə, digər kateqoriyadan olan aztəminatlı ailələrə yardımlar edilmişdir. Eyni zamanda Qurban bayramı münasibətilə 900 ailəyə ərzaq yardımı göstərilmişdir. Yas mərasimlərinin təşkili, müalicə xərclərinin ödənilməsi və digər məsələlərlə bağlı sakinlərə 70 min manatdan artıq vəsait ödənilmişdir.
Bundan başqa Beynəlxalq Uşaqları Müdafiə Günü ərəfəsində yataq xəstəsi olan 18 əlil uşağa 900 manat məbləğində pul vəsaiti ilə köməklik edilmişdir. 173 əlil uşağa 173 dəst yataq dəsti və 346 dəst geyim paltarı paylanmışdır.
Sonra tədbirdə çıxış edən Qubadlı Rayon Gənclər və İdman idarəsinin rəisi N. Abbasov, Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İlham Əhmədov və digərləri təbrik nitqi söyləyərək, 2014-cü ildə Respublikada və Qubadlı rayonunda görülmüş işlərdən bəhs etdilər. Qeyd olundu ki, rayon gəncləri, o cümlədən idmançılar müxtəlif respublika və beynəlxalq əhəmiyyətli tədbirlərdə, müxtəlif sahələrdə uğurlar qazanmışlar. Belə ki, 20 nəfərə qədər rayonun idmançı gənci dünya, avropa və beynəlxalq turnirlərin, 50 nəfərdən artıq idmançı isə Respublika birincilikləri və turnirlərinin qalibi olmuşdur. 2014-cü ilin yekunlarına əsasən rayonumuzun idmançıları Abbasov İslam ilin ən yaxşı güləşçisi və Quliyev Sədi isə ilin ən yaxşı hakimi seçilmişdir. Rayonun ümumtəhsil məktəblərini bitirən 355 məzunundan 171-i tələbə adını qazanmışdır.
Sonra tədbirdə rayonun ictimai siyasi həyatında fəal iştirak edən rayon gənclərindən 5 nəfərinə YAP-nın Fəxri fərmanı, YAP-nın sıralarına yeni daxil olmuş 10 nəfərə YAP-nın vəsiqəsi təqdim olundu, 2014-cü ildə dünya, Avropa və Beynəlxalq yarışlarda yer tutmuş idmançılara RİH tərəfindən hədiyyələr verildi.
Tədbirdə Şaxta Baba və Qar qızın iştirakı, yolka ətrafında şən rəqslər, iştirakçıların əhval ruhiyyəsini daha da artırdı.