Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 25-ci ildönümü

19 yanvar 2015 | 16:00

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “20 Yanvar faciəsinin 25-ci ildönümünün keçirilməsi ilə bağlı” imzaladığı Sərəncama uyğun olaraq Qubadlı rayonunda da “20 Yanvar faciəsi”nin 25-ci il dönümünə həsr olunumuş silsilə tədbirlər keçirilir. Bu tədbirlərin davamı olaraq Qubadlı rayonu İcra Hakimiyyəti aparatının rəhbərliyi ilə 19 yanvar 2015-ci il tarixində Qubadlı rayon Qara İlyasov adına Qubadlı şəhər 1 saylı tam orta məktəbdə “20 Yanvar” şəhidlərinin anım mərasimi keçirilmişdir. Təşkil olunmuş tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavinləri Allahverdi Haxverdiyev, Xoşqədəm Alıyeva, RİH-nin məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri, məktəbin şagird və müəllim kollektivi iştirak etmişdilər.
Tədbirdən öncə iştirakçılar Qubadlı RİH-nin inzibati binasında yerləşən Qubadlı rayon tarix diyarşünaslıq müzeyində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş sərgiylə tanış oldular. Sonra tədbir Qara İlyasov adına Qubadlı şəhər 1 saylı tam orta məktəbin akt zalında davam etdirildi.
Tədbir iştirakçıları xalqımızın azadlığı və torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükütla yad etdikdən sonra, açıq elan edilən mərasimdə 20 Yanvar faciəsinə həsr olunmuş video çarx nümayiş etdirildi. Sonra məktəbin direktoru Hümbət Hümbətəliyev məruzə ilə çıxış etdi. Məruzəçi qeyd etdi ki, Azərbaycanın milli-azadlıq hərəkatında xüsusi yeri və rolu olan, Azərbaycan tarixində qan yaddaşı kimi yazılmış 20 Yanvar hadisələri, eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir.
Sonra çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev vurğuladı ki, bu gün 20 Yanvar hadisələrinin milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. 20 Yanvar hadisəsi zamanı 137 insan şəhid olmuş, 744  adam  ağır  xəsarət almış, onlardan 331 nəfər bu gün də əlil olaraq qalır. Həmin hadisədə Azərbaycanda 870 nəfər həbs olunmuş, müxtəlif işgəncələrə məruz qalmışlar. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini daha da birləşdirdi, onların mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu. Hal-hazırda əsası Ulu  Öndər tərəfindən qoyulan və bu siyasətin laiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli fəaliyyətinin nəticəsində dünya ölkələri içərisində ölkəmiz inkişafına, nüfuzuna görə xüsusilə seçilir.
Sonda məktəblilərin ifalarında “20 Yanvar” şəhidlərinin şərəfinə hərbi vətənpərvərlik mövzusunda şerlər səsləndirildi, ədəbi-bədii kompazisiya nümayiş olundu.

Keçidlər