Şriftin ölçüsü :

Saytın rəngi :

2 fevraı Gənclər günü

31 yanvar 2015 | 16:00

31 yanvar  2015-ci il tarixdə 28 may Mədəniyyət evində 2 fevral gənclər günü münasibətilə tədbir keçirilmişdir. Qubadlı rayon icra hakimiyyəti və Qubadlı rayon Gənclər və İdman idarəsi  tərəfindən təşkil olunmuş tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavinləri Allahverdi Haxverdiyev, Xoşqədəm Alıyeva, idarə, müəssisə, təşkilatlarda çalışan gənclər, tələbələr və idmançılar iştirak etmişdilər.
Tədbir acıq elan edildikdən sonra Video çarx nümayiş etdirildi. Təbrik nitqi söyləyən rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev bildirdi ki, Azərbaycan bu gün dünya ölkələri içərisində iqtisadi- sosial inkişafına, siyasi sabitliyə və dünya ölkələri arasındakı nüfuzuna görə önəmli yer tutur. Dövlətimizin səsi dünyanın mötəbər təşkilatlarında eşidilir, beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bütün bunlar isə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətin nəticəsidir.
  Qeyd etdi ki, ulu öndərin siyasi fəaliyyətində əsas, önəmli yerlərdən birini də gəncliyə diqqət və qayğı tuturdu.  Həm Azərbaycana rəhbərlik etdiyi birinci dönəmdə, həm də müstəqil Azərbaycana rəhbərliyi illərində ulu öndər gəncliyin milli dəyərlərə hörmət və ehtiram ruhunda tərbiyə olunması, onların savadlı və bilikli olması, gənclərdə sağlam və fəal həyat tərzinin formalaşdırılması üçün genişmiqyaslı işlər, tədbirlər həyata keçirildiyini qeyd etdi. Natiq eyni zamanda vurğuladı ki, YAP Quabdlı rayon təşkilatının üzvlərinin yarısından çoxunu təşkil edən gənclər dövlətimizin, rayonumuzun ictimai siyasi həyatında yaxından iştirak edirlər.
Sonra çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva vurğuladı ki, hal-hazırda gənclər siyasəti Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Bu gün Azərbaycan gənci özünü xoşbəxt hesab edir, ona görə ki ona özünü göstərməsi üçün bütün imkanlar yaradılmışdır. Bu diqqət və qayğının nəticəsidir ki, indi Azərbaycan gəncinin səsi dünyanın ən qabaqcıl elm və təhsil ocaqlarından gəlir, gənclərimiz dünyanın beynəlxalq idman, mədəniyyət tədbirlərində xalqımızı, dövlətimizi layiqincə təmsil edirlər. Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına da olduqca müsbət təsir göstərir. Gənclərin maariflənməsinə, savadlanmasına, elmi inkişafına göstərilən xüsusi diqqət və qayğının təzahürü olaraq “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində tələbələrin dünyanın məşhur universitetlərində təhsil almaq üçün göndərilməsi diqqətəlayiqdir.
Tədbirdə çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Abbasov Azərbaycan dövlətinin gənclərə diqqət və qayğısının gənclərimiz tərəfindən minnətdarlıqla qarşılandığını qeyd etdi.  2011-2015-ci illəri əhatən edən Azərbaycan Gəncliyi Dövlət proqramının Respublikada uğurla icra edildiyini xüsusu vurğuladı və Qubadlı rayon gənclərinin də bu dövlət proqramından bəhrələndiyini, rayon rəhbərliyinin gənclərə xüsusi diqqət göstərməsinin razılıq  doğurduğunu bildirərək gənclərin bu qayğı və diqqətə çalışdıqları sahədə qazandıqları nailiyyətləri ilə cavab verdiyini vurğuladı. Məlumat verildi ki, təkcə keçən 2014-cü ildə rayonumuzu təmsil edən idmançılar respublika birincilikləri və turnirlərində 52, Avropa çempionatlarında 7, dünya çempionatlarında 5 medal qazanmışlar. Rayon məktəblərinin məzunları sırasından 171-dən artıq gənc keçən il ali məktəb tələbəsi adını qazanmışdır. Hazırda respublikanın ali təhsil müəssisələrində 600-dən artıq qubadlılı gənc təhsil alır. 25-dən artıq gəncimiz xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində elmin sirlərinə yiyələnirlər.
Natiq Abbasov Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov cənablarının gənclərə göstərdiyi  qayğıya, yaradıcı gəncləri üzə çıxarılması və onların Respublika səviyyəli tədbirlərdə , rayon idmançılarının Dünya və Avropa çempionatlarında iştirakına göstərdiyi köməyə görə rayonun gəncləri və idman ictimayyəti adınan minətdarlığını bildirdi.
Tədbirdə bir qurup gəncə Yeni Azərbaycan Partiyasının vəsiqələri və müxtəlif sahələrdə naliyyət qazanmış gənclərə rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr verilmişdir.
Tədbirdə incəsənət ustalarının hazırladıqları konsert proqramında, şən mahnılar, rəqslər və şeirlər gənclər tərəfindən alqışlarla qarşılandı.

Keçidlər