Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımı

26 fevral 2015 | 16:00

Qubadlı rayonunun idarə müəssisə və təskilatlarında Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilir. Bu səpkidən olan yekun tədbir 26 fevral 2015-ci il tarixdə Qubadlı rayonu Çingiz Quliyev adına Çardaxlı kənd tam orta məktəbində keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçsı Malik İsaqov, Qubadlı RİH-nin məsul işçiləri,  idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, Xocalı rayonundan olan məcbiri köçkünlər iştirak edirdi.
Tədbirdən öncə rayon tarix diyarşünaslıq muzeyində Xocalı soyqırımının əksolunduğu stendlərə baxış keçirildi. Sonra tədbir Çardaxlı kənd tam orta məktəbində davam etdirildi.
Anım mərasimi məktəbin direktoru Salmanov Çingiz açıq elan etdikdən sonra Xocalı soyqırımının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütla yad edildi.
Tədbirdə geniş nitq söyləyən rayon icra hakimiyyəti başçısı Malik İsaqov bildirdi ki, tarixən Azərbaycan xalqına qarşı soyqırım siyasəti həyata keçirən erməni millətçiləri 1992-ci ilin fevralında öz vəhşi simalarını bir daha nümayiş etdirərək dinc əhaliyə divan tutmuşlar. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə ermənilərin qeyri-qanuni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayın şəxsi heyətinin və hərbi texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərinə hücuma keçərək Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmişdir. Bu təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün insanlığa qarşı yönəlmiş müdhiş cinayətdir. Həmin vəhşi hücum nəticəsində azərbaycanlılardan 613 nəfər şəhid oldu, onlardan 106 nəfəri qadın, 56 nəfəri azyaşlı uşaq idi. 59 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi. 487 nəfər şikəst oldu. 8 ailə bütövlüklə məhv edildi. 25 azyaşlı uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. 1000 nəfərdən çox şəhər sakini əlil oldu. 1275 nəfər əsir və girov götürüldü, əsir düşənlərdən 150 nəfərin (o cümlədən, 68 qadının və 26 uşağın) taleyi bu günədək məlum deyil. Şəxsi və dövlət əmlakına külli miqdarda maddi ziyan dəymişdir. Başçı bildirki ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevnın təşəbbüsü sahəsində 2008-ci il mayın 8-də başlayan “Xocalıya ədalət” beynəlxalq kampaniyasının keçirilməsi Xocalı faciəsini  artıq dunyanın bir sıra olkələri – Meksika, Pakistan, Kolumbiya və digər 10 qədər ölkə, ocümlədən ABŞ-nın 15-dən artıq ştatı Xocalı soyqırımı və Azərbaycana qarşı cinayət aktı kimi tanıyan qətnamələri qəbul etmişlər.
Anım tədbirində Xocalı soyqırımı barədə geniş məruzə nitqi söyləyən məktəbin tarix müəllimi Almaz Əhmədova qeyd etki ki, Milli Məclisin müvafiq qərarına əsasən 26 fevral Xocalı soyqırımı günü elan edilmiş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir. Hər il fevral ayının 26-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.
Bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev cənablarının apardığı siyasət sayəsində torpaqlarımız işğaldan azad ediləcək, şəhidlərimizin ruhu rahatlıq tapacaqdır. Vurğulandı ki, bu gün Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində məqsədyönlü addımlar atılır. Dövlətimizin siyasəti, Heydər Əliyev Fondunun bu yöndə fəaliyyəti nəticəsində bu sahədə  müsbət nəticələr əldə edilmişdir. Tədbirdə Xocalı soyqırımına həsr edilmiş məktəb şagirdlərinin ifasında ədəbi bədiii kompazisiya nümayiş etdirildi, qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlər səsləndi.

Keçidlər