Novruz bayramı
Xalqımızın ən əziz bayramı olan Novruz bayramı, xüsusilə də ilin axır çərşənbəsi Qubadlı rayonunda hər il yüksək səviyyədə, təntənəli surətdə qeyd edilir. Ənənvi olaraq bu bayram ərəfəsində məcburi köçkünlərdən olan 780 aztəminatlı, imkansız ailələrə, o cümlədən şəhid ailələrinə Qubadlı rayon İcra Hakimiyyəti tərəfindən bayram sovqatları paylandı.
Bu il də Qubadlılar ilaxır çərşənbə və Novruz bayramı münasibətilə 17 mart 2015-ci il tarixdə köckünlərin kompakt məskunlaşdığı ərazilərdə, o cümlədən Sumqayıt şəhərindəki 42-ci məhəllədə məcburi 10 saylı peşə liseyinin həyətinində bayram şənliyi təşkil etmişdilər. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH aparatının məsul işciləri idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Bayram şənliyindən öncə yandırılmış tonqal ətrafında məcburi köçkünlərlə görüşən Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov onları bayram münasibətilə təbrik etmişdir. Qeyd olundu ki, Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Ulu Tanrıya, kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara başçəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov vuğuladi ki, Qubadlı camaatı ümummilli lider Heydər Əliyevin siyasətinə daim sadiqdirlər və onun layiqli davamçısı Prezident İlham Əliyevi hər zaman dəstəkləyirlər. Belə bir inam ifadə edildi ki, Möhtərəm Prezidentimizin apardığı siyasət nəticəsində torpaqlarımız işğaldan azad ediləcək və belə çərşənbə tonqalları hər kəsin öz yurdunda, öz həyətində alovlanacaq.
Şənliyə rayonun Bərgüşad ansambulunun, rayonun incəsənət xadimlərinin ifalarında hazırlanmış konsert proqramı, Novruzun simvolu olan Kosa və Keçəlin əyləncəli hərəkətləri tədbirə xüsusi rövnəq verirdi. Bayram tonqalı ətrafında xalq rəqsləri ifa edilirdi.
Daha sonra bayram şənliyi çay sürfəsi ilə davam etdirilmişdir.