2015-ci ilin birinci rübün sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
16 aprel 2015-ci il tarixdə Qubadlı rayon İcra hakimiyyətində 2015-ci ilin birinci rübün sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Hesabat yığıncağında rayon İcra hakimiyyətinin başçısı Malik İsaqov, İcra hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə rəhbərləri, və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Hesabat yığıncağı Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov tərəfindən açıq elan edildi. Sonra başçı qeyd etdi ki, əvvəlki dövrlərdə olduğu kimi cari ilin birinci rübündə də ölkəmizin sosial-iqtisadi inkişafı uğurla davam etmiş, iqtisadi siyasətin inkişaf istiqamətləri üzrə əhəmiyyətli işlər görülmüş, nəticədə ölkə əhalisinin rifah halı xeyli dərəcədə yaxşılaşmışdır. 2015-ci ilin aprel ayının 10-da Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının sədrliyi ilə Nazirlər Kabinetinin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına həsr edilmiş yığıncağı da bunu bir daha təsdiq etmişdir. Yığıncaqda dövlətimizin başçısı dərin təhlilə söykənən çox əhatəli nitq söyləyərək ilin üç ayında görülən işlərdən bəhs etmiş, ölkənin sosial-inkişaf sahəsindəki vəziyyətini ətraflı təhlil etmiş, qarşıda duran vəzifələri müəyyənləşdirmişdir. Ölkə başçısı 2015-ci ilin üç ayının da ölkəmiz üçün uğurlu bir dövr kimi qiymətləndirmiş, həyata keçirilən tədbirlərin, əldə edilən nailiyyətlərin sonrakı dövrlər üçün də dinamik inkişafa təminat verdiyi vurğulanmışdır.
Sonra 2015-ci ilin birinci rübündə rayonda görülmüş işlərdən bəhs edən məruzə ilə çıxış edən başçının müavini Sahib Əliyev rayonda məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşması, kommunal problemlərinin həlli istiqamətində görülmüş işləri qeyd edərək bildirdi ki, cari ilin birinci rübü ərzində Beyləqan rayonunda məskunlaşan 1 ailə, Saatlı rayonunda isə 5 ailə yeni mənzillə təmin edilmiş, H. Z.Tağıyev qəsəbəsində Kosmanavtika yaşayış massivində 23 saylı binanın, yenə həmin qəsəbədə Şirvan yaşayış massivində köçkünlər yaşayan binanın, Stalçay qəsəbəsində iki sakinin mənzillərinin dam örtükləri təmir edilmişdir. Cari ilin birinci rübündə rayon İcra hakimiyyəti tərəfindən vətəndaşlara mənzil şəraitlərinin yaxşılaşdırılması üçün 3 ailəyə tikinti materialları, 3 ailəyə isə maliyyə vəsaiti ilə köməkliklər edilmişdir. Hesabat məruzəsində məskunlaşma yerlərində eletirik təhcizatı ilə bağlı olan problemlərinin aradan qaldırılması işlərindən də bəhs edilərək bildirilmişdir ki, rüb ərzində bir məskunlaşma yerində yeni transformator quraşdırılmış, iki məskunlaşma yerində isə kabel və elektirik naqilləri, bir məskunlaşma yerində isə elektirik şiti təzələnmişdir. Bunlardan əlavə, İnşaatçılar qəsəbəsində bir məskunlaşma yerində asfalt örtük döşənmiş, köçkünlərin yaşadığı ərazidən keçən əsas magistiral yola piyada keçid xətti çəkilmişdir.
Hesabat dövrü əhalinin aztəminatlı hissəsinin diqqətdə saxlanıldığı bildirilərək qeyd edilmişdir ki, rüb ərzində yas mərasimlərinin təşkilinə, xəstələrin müalicəsinə və sair məsələlərlə bağlı aztəminatlı ailələrə 16 min 100 manat pul köməkliyi, bir əlil uşağa isə əlil arabası verilmişdir. “Novruz bayramı” münasibəti ilə 800 aztəminatlı ailəyə 12 min manat dəyərində ərzaq bağlaması, şəhid ailələrininə isə ümumilikdə 3155 kq un, 631 kq düyü, 631 kq şəkər tozu, 63,1 kq çay və 631 litr bitgi yağı paylanmışdır.
Hesabat yığıncağında rayonun idarə, müəssisə və təşkilatlarında görülmüş işlər qeyd edilərək göstərilmişdir ki, rayonun idarə, müəssisə və təşkilatları rüb ərzində üzərlərinə düşən vəzifələri əsasən yerinə yetirmişlər.
Hesabat məruzəsi ətrafında müzakirələrdə rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nüsrət Əhmədovun, Maliyyə idarəsinin müdiri Kəmaləddin Rüstəmovun, Məşğulluq mərkəzinin direktoru Əkbər Qurbanəliyevin, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin müdiri Cəlaləddin Məmmədovun və rayon İcra hakimiyyəti başçısının Qubadlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlyas Süleymanovun çıxışları dinlənilmişdir.
Sonda yığıncaqda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 10 aprel 2015-ci il tarixli iclasındakı nitqində qarşıya qoyulan vəzifələrdən ətraflı bəhs edilmiş, rayonun bütün icra sturukturlarına qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsi üçün konkret tapşırıqlar verilmiş, gündəlikdəki məsələ ilə bağlı qərar layihəsi qəbul edilmişdir.