Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük vətən müharibəsi veteranları ilə görüş

07 may 2015 | 15:00

Qubadlı rayonunda Faşizm üzərində qələbənin 70-ci il dönümü münasibətilə silsilə tədbirlər keçirilmişdir. Bu səpkidən olan yekun tədbir 07 may  2015-ci il tarixində Qubadlı Rayon İcra hakimiyyətində təşkil olunmuş BVM veteranlarıyla görüş olmuşdur. Dəyirmi masa formasında keçirilən görüşdə rayon icra hakimiyyəti başçısı Malik İsaqov, RİHB aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Qubadlı rayonundan olan Böyük vətən müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbiri açıq elan edən Rayon İcra Hakimiyyətinin Başçısı Malik İsaqov qələbənin 70 illik yubleyi münasibətilə iştirakçıları təbrik edərək qeyd etdi ki, Böyük Vətən Müharibəsi zamanı Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də müharibənin əvvəlindən axırınadək onda fəal iştirak etdi. Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edildi. 1941-1945-ci illərdə Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək səfərbər edilib cəbhəyə göndərildi. Onlar da sabiq SSRİ məkanında yaşayan digər xalqların nümayəndələri ilə çiyin-çiyinə faşizmə qarşı savaşda iştirak etdilər. Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od, alov püskürən cəbhələrdə, o cümlədən Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belorusiya, Pribaltikarespublikaları uğrunda döyüşlərdə cəsarətlə vuruşmuş, faşist ordu hissələrinə mətanətlə müqavimət göstərmiş, onların hərbi texnikasını və canlı qüvvəsini məhv etmiş, işğal edilmiş yaşayış məntəqələrinin azad edilməsində, Berlinin süqutunda fəal iştirak etmiş, bu yolda çoxları ölümləri ilə ölümsüzlüyə, əbədiyyətə qovuşmuşlar. Qeyd olundu ki, Qubadlı Rayonu üzrə 3500  nəfər 1941-1945 ci illər Böyük Vətən Mürharibəsində iştirak edib. Onlardan yalnız 1500 nəfər 1945-ci ildə  geri qayıtmışdır. Hal- hazırda 16 nəfər Böyük Vətən Müharibəsi iştirakçısı var.
Sonra başçı dövlətimiz tərəfindən müharibə iştirakçılarına xüsusi diqqət və qayğı göstərildiyini diqqətə çatdırdı. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən  1941-1945-ci illər müharibəsinin 90 yaşına çatmış veteranlarının  yubileyləri qeyd olunur, 70 illik yubley medalları ilə təltif olunur növbədə dayanan 1941-1945-ci illər müharibəsi əlillərinin xüsusi avtonəqliyyatla təmin edilir. 1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyi ilə əlaqədar Böyük Vətən müharibəsi iştirakçılarına 800,0 (səkkiz yüz) manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçılarına 400,0 (dörd yüz) manat məbləğində birdəfəlik maddi yardım verilmişdir.O cümlədən bu kateqoriyadan olan Qubadlı sakinlərindən  16 nəfər böyük vətən müharibəsi iştirakçısının hər birinə 800 manat, 104 nəfər Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına 400  manat, 64 nəfər həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə 400  manat  birdəfəlik maddi yardım  almışlar.
Görüşdə çıxış edən BVM veteranlar, tədbir iştirakçıları BVM-indəki xatirələrini bölüşərək, azərbaycanlıların bu müharibədə göstərdikləri qəhrəmanlıqlardan danışaraq göstərilən diqqət və qayğıya görə Ulu Öndər siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezident İlham Əliyev cənablarına,  rayon  rəhbərliyinə öz minnətdarlığını bildirdilər.
Sonda BVM veteranlarına Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvaffiq olaraq  yubiley medalları, eyni zamanda RİH adından 200 manat məbləğində pul mükafatı təqdim olundu.

Keçidlər