Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanın hərbi təcavüzü nəticəsində Qubadlı rayonunun işğalının 22-ci ildönümü ilə əlaqədar keçirilən tədbir haqqında

31 avqust 2015 | 15:00

 

31 avqust 2015- ci il tarixdə Ermənistanın hərbi təcavüzü nəticəsində Qubadlı rayonunun işğalının 22-ci ildönümü ilə əlaqədar olaraq tədbir keçirilmişdir. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, rayon ictimaiyyəti, idarə, müəssisə və təşkilatların nümayəndələri, respublikanın digər qurumlarınından olan qonaqlar iştirak ediridilər. Sumqayıt şəhərindəki Şəhidlər Xiyabandakı abidənin önünə əklil qoyulduqdan sonra tədbir iştirakçıları xiyabandakı məzarları ziyarət etdilər.

Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov çıxış edərək qeyd etdi ki, bu gün Qubadlının işğalının 22-ci ili tamam olur. Zəngin tarixə malik olan rayonumuzun bütün əmlakı ermənilər tərəfindən talan edilmişdir. Düşmənlə mübarizədə 238 nəfər Qubadlı sakini şəhid olmuş, 200 nəfərə yaxın ağır yaralanmış, 300-dən artıq  rayon sakini əlil olmuş, 100 nəfərdən çox itgin düşmüşdür. 9 nəfər Milli Qəhrəman adına laiq görülmüşdür. Hal hazırda  36 min nəfərdən artıq Qubadlı əhalisi respublikamızın 42 rayonunda məcburi köçkün ömrü yaşayır. Əhalimizin mütləq əksəriyyəti Sumqayıt şəhərində məskunlaşıb. Harda məskunlaşmağından asılı oımayaraq rayon əhalisinin problem və çətinlikləri yerli icra strukturlarının diqqətindədir.  Bu isə əsası Ulu öndərimiz tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam və inkişaf etdirilən siyasətin yerlərdə layiqincə icrasının təzahürüdür.

Başçı qeyd etdi ki, 22 il ərzində torpaq həsrəti bir an da olsun əhalimizi tərk etməyib. Dövlətimiz və hökümətimiz məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmini sahəsində kompleks tədbirlər həyata keçirmişdir. Bütün bu diqqət və qayğını minnətdarlıqla qarşılayan əhalimiz doğma yurda qayltmaq istəyi ilə yaşayır. Rayon əhalisi hər zaman Azərbaycan dövlətinə sadiqdir və qəti əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Qubadlıya qayıdacağımız gün uzaqda deyil.
Sonra digər çıxış edənlər qeyd etdilər ki, 22 il ərzində vətən həsrəti ilə məcburi köçkünlük ömrü yaşayan Qubadlı əhalisinin nümayiş etdiridiyi dözümlülüyün və dövlətə sadiqliyin örnək olduğunu bildirdilər. Bütün çətinliklərə rəğmən bu müddətdə rayon əhalisi Azərbaycanda vüsət almış quruculuq işlərində fəal iştirak etmişlər.

Sonra təcavüzkar siyasətinə beynəlxalq güclərin yetərincə təzyiq etməməsinin təəssüf doğurduğunu bildirilərək Azərbaycan Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə doğma torpaqlarımıza qayıdacağımıza olan sonsuz inam ifadə olundu.

 

Keçidlər