Şriftin ölçüsü :

Saytın rəngi :

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynovayla görüş

25 avqust 2015 | 15:00

25 avqust 2015-ci il tarixində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynova Qubadlı rayonundan olan ziyallı qadınlarla görüşmüşdür. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov, RİHB aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilatlarda çalışan ziyallı qadınlar iştirak edirdilər.

Tərbiri giriş nitqi ilə açıq elan edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısı cənab Malik İsaqov qeyd etdi ki, bu gün həm siyasi, həm iqtisadi çətinliklər dövründə qadınlarımız cəmiyyətin həyatında çox fəal rol oynayaraq övladlarının sabahı uğrunda səylə çalışırlar. Onların geniş fəaliyyəti üçün ölkədə hər cür şərait yaradılmışdır. Və çox xoş bir qismətdir ki, onları ürəkdən dəstəkləyən, qayğılarını çəkən, ən əsası isə həqiqi qiymətini verə bilən dövlət başçımız olmuşdur. Axı yaxşı bilirik ki, hər hansı bir dövrdə qadına münasibət ilk növbədə ölkə başçısının qadın siyasətindən asılıdır. Bu sahədə bizim qadınları bəxti gətirmiş hesab etmək olar. Çünki uzun müddət bizim müstəqil dövlətimizin başında bəşər tarixinin XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət, Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyev cənabları dururdu.

Sonra nitq söyləyən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynovanın rayonun fəal  qadınları ilə qarşısında çıxış edərək bildirdi ki, Ölkəmizdə gender bərabərliyi siyasəti olduqca uğurla davam edir. Sevindirci haldır ki, artıq qadınlarımız öz yaşadıqları kəndlərdə müəllimə, həkim və ya hər hansı bir işdə işləməklə yanaşı, bələdiyyələrdə, dövət orqanlarında da təmsil olunmağa maraq göstərirlər. Komitə sədri ailə-məişət zorakılığına xüsusilə toxunaraq vurğuladı ki, qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir.  Bəzən də  qadınlara qarşı zorakılıq ilk növbədə ondan irəli gəlir ki, qadınların bir çoxu öz hüququnu bilmir, dövlətin verdiyi imkanlardan istifadə etməyi bacarmır.  Müstəqil dövlətimizin ali qanunları dövlət qadın siyasətinin həyata keçirilməsi üçün hüquqi müstəvidə böyük imkanlar açır. Ona görə də dövlət başçısı, möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində bu gün ölkədə qadın hüquqlarının müdafiəsi üçün addımlar atılır.

Qeyd olundu ki, Komitə hər zaman erkən nikah, onun törədə biləcəyi fəsadları nəzərdə saxlayır.  İstər qanunvericilikdə dəyişikliklərin  qəbul edilməsi, istərsə də müxtəlif tədbirlərin keçirilməsi buna əyani sübutdur.  Həmçinin erkən nikah  barəsində Komitəyə məlumat daxil olan kimi, həmin nikahlar  dayandırılır və bu nikahın (yəni, erkən nikahın) baş tutmaması üçün ailələr nəzarətə götürülür.

Sonra tədbirdə çıxış edənlər qeyd etdilər ki, Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən 2006-cı ildə yaradılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Hicran xanım başda olmaqla Azərbaycanın gələcək genefondunun qorunması istiqamətində çox mühüm  işlər görür. Nəzərə almaq lazımdır ki, qadın ictimai işlə məşğul olmaqla yanaşı anadır, övladlarını həm tərbiyə, həm də cəmiyyətə təqdim edən valideyndir. O baxımdan, qadının fəaliyyət göstərdiyi ictimai sahə ilə ana olaraq üzərinə düşən məsuliyyət paralel şəkildə inkişaf etdirilməlidir, onlar bir-birilərinə mane olmamalı, əksinə, kömək etməlidir. Sonra iştirakçılar bir sıra təkliflər səsləndirdilər və rayon qadınları adından   tədbirin təkilatçılarına minnətdarlıqlarını bildirdilər.
Sonda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Hicran Xanım Hüseynovanı “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə təbrik edərək , rayon ictimaiyyəti adından hədiyyə təqdim etdi.

Keçidlər