Şriftin ölçüsü :

Saytın rəngi :

15 sentyabr Bilik Günü münasibəti ilə Qubadlı rayonunun bütün ümumtəhsil ocaqlarında tədbirlər keçirilir. Bu səpkidən olan tədbirlərdən biri də Qubadlı rayon İ.Məmmədov adına Aşağı Mollu kənd tam orta məktəbində təşkil olunmuşdur.

15 sentyabr 2015 | 15:00

Tədbirlərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov başda olmaqla, RİH-nin məsul işçiləri, idarə müəssisə rəhbərləri, məktəbin müəllim və şagird kollektivi, valideynlər  iştirak edirdilər.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Sonra tədbir açıq elan edildikdən sonra çıxış edən RİH-nin başçısı Malik İsaqov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini bildirdi. Məhz bu gündə təhsil sahəsini möhtərəm Prezidentimiz İlham Əliyevin qayğı ilə yanaşdığı sahələrdən biri kimi qeyd edildi. Başçı qeyd etdi ki, təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları, habelə, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb Proqramı” və digər bu kimi tədbirlər dövlətimizin təhsil sahəsinə göstərdiyini diqqətin bariz nümunəsidir.
Sonra başçı Qubadlı rayon məktəblərinin uğurlarından bəhs edərək vurğuladı ki, bu il rayon məktəblərini bitirən 400 məzundan 339 nəfər ali məktəblərə sənəd vermişdir. Onlardan 194 nəfər tələbə adını qazanmışdır. Ali məktəbə qəbul olan məzunlardan 38 nəfəri 500-600, 15 nəfəri isə 600-700 arası bal toplamışdır. Xususilə vurğulandı ki, rayon tarixində ilk dəfə Aşağı Mollu kənd tam orta məktəbinin məzunu Abbasov Nihad Natiq oğlu 700 bal toplayaraq ən yüksək kürsüdə dayanmışdır.
Sonra tədbirdə çıxış edənlər qeyd etdilər ki, ölkəmizin hər bir yerində müasir standartlara cavab verən ümumtəhsil ocaqlarının tikildiyini, bu isə öz növbəsində gənc nəslin savadlı və sağlam əqidəli yetişməsinə xidmət edir. Bu il məktəbə ilk dəfə qədəm qoyan birincilərə uğurlar diləyərək hər birinin gələcəkdə dövlətimiz və cəmiyyətimiz üçün savadlı və yararlı vətəndaş olaraq yetişmələrini arzuladılar.
“İlk zəng”in səslənməsi ilə yeni dərs ili başlanıldı.

Keçidlər