Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil işçilərinin ənənəvi sentyabr konfransı

03 sentyabr 2015 | 15:00

3 sentyabr 2015-ci il tarixdə Qubadlı rayonu İcra Hakimiyyətinin akt zalında Təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirildi. Konfransda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov,  Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi Ənvər Abbasov, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri də iştirak etdirdi.
Tədbirdən öncə konfrans iştirakçıları Ümummili Lider Heydər Əliyevin Qubadlı rayonu İcra Hakimiyyətinin foyesində yerləşən büstü önünə əklil qoydular.
Akt zalında davam etdirilən tədbir açıq elan edildikdən sonra Rayon Təhsil şöbəsinin müdiri  A. Allahverdiyeva məruzə ilə çıxış etdi. Məruzəçi öz çıxışında hər il olduğu kimi 2014-2015-ci tədris ilində də rayonun təhsil sahəsində yüksək nailiyyətlər qazanıldığını xüsusi qeyd edərək bu uğurları dövlət başçısının və rayon rəhbərliyinin təhsil sahəsinə göstərdiyi xüsusi qayğının nəticəsi kimi qiymətləndirdi. Qeyd olundu ki, məhz bu qayğı sayəsində rayonumuzda fəaliyyət göstərən məktəblər yeni dərs ilinə hazırdır. Məktəblərin mütləq əksəriyyətində müasir istilik sistemi  quraşdırılmış, bütün məktəblər  lazımi inventarlarla təchiz olunmuşdur. Hər il yüzlərlə məzunu tələbə adını qazanan Qubadlı rayonunda bu il rayon məktəblərini bitirən 400 məzundan 339 nəfər ali məktəblərə sənəd vermişdir. Onlardan 194 nəfər tələbə adını qazanmışdır. Ali məktəbə qəbul olan məzunlardan 38 nəfəri 500-600, 15 nəfəri isə 600-700 arası bal toplamışdır. Xususilə vurğulandı ki, rayon tarixində ilk dəfə Aşağı Mollu kənd tam orta məktəbinin məzunu Abbasov Nihad Natiq oğlu 700 bal toplayaraq Prezident təqaüdünə laiq görülmüşdür. Qeyd olundu ki, ötən dərs ilində IX siniflərdə mərkəzləşmiş imtahanlarda iştirak edən 637 nəfər şagirdin 78,6 faizi, XI sinif imtahanlarında məzunların 85,5 faizi müvəffəq qiymət almışlar. Bu özlüyündə xeyli yaxşı nəticə olsa da, növbəti illərdə bu göstəricilərin artırılması başlıca vəzifələrdən olmalıdır.
Konfransda Qubadlı rayon İcra Hakimiyyətinin başçısı  cənab Malik İsaqov geniş nitq söylədi. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətdə təhsil sahəsinə diqqətin prioritet olduğunu, Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə bu siyasətin yeni mərhələyə qədəm qoyduğunu bildirdi. Qeyd etdi ki, bu gün Azərbaycanda müstəqil bir ölkənin mükəmməl təhsil sistemi qurulmaqdadır. Müasir təhsil texnologiyalarının öyrənilməsi, ümumiləşdirilərək milli zəmində inkişaf etdirilməsi, ümumi təhsilin məzmunu, texnologiyaları və qiymətləndirilməsi sahələrində böyük irəliləyişlər, təhsilin humanistləşdirilməsi və demokratikləşdirilməsi istiqamətində yüksək nailiyyətlər əldə olunur, təhsilin məzmunu və strukturunda müasir dünyanın tələblərinə uyğun dəyişikliklərin aparılması istiqamətində səmərəli işlər görülür.
Bu siyasətin uğurlu nəticələrinin Qubadlı rayonunun həyatında da parlaq əks olunduğunu vurğulayan başçı bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyini dedi. Qubadlı rayonunda Təhsil sahəsində əldə olunan uğurlardan bəhs edən başçı qeyd etdi ki, bunlarla kifayətlənmək olmaz. Çünki yaradılmış baza daha yüksək göstəricilər üçün zəmin yaradır. Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı təhsildə qarşıda duran vəzifələrin yerinə yetirilməsinə dair tövsiyyələrini diqqətə çatdırdı.
Sonra tədbirdə çıxış edən Təhsil Nazirliyinin məsul işçisi Ənvər Abbasov, rayon Polis şöbəsinin rəisi N.Əhmədov, 700 bal toplayan məzun Abbasov Nihad və digər çıxış edənlər ötən dərs ilinin Qubadlı rayonu üçün uğurlu nəticələndiyini qürurla səsləndirərək, bunun  ölkəmizdə aparılan siyasətin məntiqi nəticəsi olduğunu minnətdarlıqla qeyd etdilər. Rayon rəhbərliyinin bütün digər sahələrdə olduğu kimi, məktəb tikintisi sahəsində həyata keçirdiyi tədbirlərin də ictimai rəğbət doğurduğunu bildirdi.
Sonda yüksək balla ali məktəblərə daxil olan məzunlara və təhsil sahəsində xüsusi fəaliyyəti olan işçilərnə fəxri fərmanlar və qiymətli hədiyyələr verildi.

Keçidlər