Şriftin ölçüsü :

Saytın rəngi :

2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş toplantı

20 oktyabr 2015 | 15:00

20 oktyabr 2015-ci il tarixində Qubadlı rayon icra hakimiyyətinin iclas zalında 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncaqda rayon icra hakimiyyətinin nümayəndələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbiri rayon icra hakimiyyətinin başçısı cənab Malik İsaqov açıq elan etdi. Başçı qeyd etdi ki, artıq neçə  illərdir ki, ölkəmizin sosial-iqtisadi, mədəni inkişaf sahələrində yeni-yeni uğurlar qazanması bir ənənəyə çevrilmişdir. Hər birimizə aydındır ki, bu inkişafın təməlində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü şaxələndirilmiş iqtisadi siyasət, yaradılmış daxili sabitlik dayanır. İqtisadiyyatın çoxşaxəliliyinin bariz nümunəsi kimi qeyri-neft sektorunun ümumi daxili məhsulun təxminən 70 %-nin təşkil etməsi qeyd olunaraq ölkə iqtisadiyyatının 3,7 %, qeyri-neft iqtisadiyyatının 6 %, sənaye istehsalının  2,1 %, qeyri-neft sənayesinin 10 %-dən çox artması xüsusilə vurğulanmalıdır. Eyni zamanda “Kənd təsərrüfatı” ili olan 2015-ci ilin ötən dövründə kənd təsərrüfatının 6,7 %  artımını yüksək dəyərləndirilərək bu nəticələrin dövlət tərəfindən fermerlərə verilən subsidiyalar, texniki təminat, ümumiyyətlə dövlət dəstəyinin mümkünlüyü sayəsində qazanıldığını vurğulanmışdır. Infilyasiya 2015-ci ilin 9 ayında 3,7 % olmuş, əhalinin pul gəlirləri isə infilyasiyanı üstələyərək 5,8 % artmışdır. Hesabat dövrü ölkə iqtisadiyyatına ümumilikdə 16 milyard dollar sərmayə qoyulduğu, bunun 9 milyardı daxili sərmayə, 7 milyardının isə xarici sərmayələr təşkil etdiyi diqqətə çatdırılaraq dünyada baş verən gərginliklərə baxmayaraq hələ də ölkəmizin xarici sərmayəçilər üçün cəlbedici ölkə olduğu diqqətə çatdırıldı. Əlavə olaraq bildirildi ki, Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət  qabiliyyətliliyinə görə dünyada 40-cı, MDB məkanında isə 1-ci  yerə layiq görmüşdür.
Sonra 2015-ci ilin 9 ayında rayonda görülmüş işlərdən bəhs edən məruzə ilə çıxış edən başçının müavini Xoşqədəm Alıyeva  rayonda məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşması, kommunal problemlərinin həlli istiqamətində görülmüş işləri qeyd edərək bildirdi ki, 2015-ci ilin doqquz ayı ərzində rayonda fəaliyyət göstərən idarəetmə, səhiyyə, təhsil, mədəniyyət, rabitə, kənd təsərrüfatı və digər təşkilatlarda çalışanların sayı 3 min 716 nəfər olmuşdur ki, onlardan 3 min 52 nəfəri büdcə təşkilatlarında işləyənlərdir. Büdcə təşkilatlarında işləyənlərdən 1037 nəfəri orta aylıq əmək haqqı alır.
Hesabat dövründə sakinlərin yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam etdirilərək  Beyləqan rayonunda məskunlaşan 1 ailənin, Saatlı rayonunda   5  ailənin  yeni mənzilə köçürülməsi təmin edilmişdir. Bunlardan əlavə rayon İcra hakimiyyətinin köməkliyi ilə əvvəllər Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin  yerləşdiyi binada mənzil şəraiti ağır olan 5 ailə, Şəfa sanatoriyasında isə 1 ailə mənzillə təmin edilmişdir.
Hesabat dövrü əhalinin aztəminatlı hissəsi həmişə rayon İcra hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Rayon İcra hakimiyyətinin daxili imkanları hesabına 2015-ci ilin doqquz ayı ərzində yas mərasimlərinin təşkilinə, xəstələrin müalicəsinə, bayram tədbirlərinə və sair məsələlərlə bağlı aztəminatlı ailələrə 65 min 500 manat pul köməkliyi edilmiş, “Novruz bayramı” münasibəti ilə 600 aztəminatlı  ailəyə ərzaq bağlaması, şəhid ailələrinə ümumilikdə 6310 kq un, 1262 kq düyü, 1262 kq şəkər tozu, 126 kq çay və 1262 litr bitgi yağı paylanmışdır. Cari ilin may ayında rayon İcra hakimiyyətində Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi münasibətilə tədbir keçirilmiş, müharibə iştirakçılarının şərəfinə bayram süfrəsi təşkil edilərək 16 nəfər müharibə veteranının hər birinə  200 manat olmaqla ümümilikdə onlara 3200 manat pul yardımı verilmişdir. Bunlardan əlavə “Qurban bayramı” ilə əlaqədar rayondan olan 800 aztəminatlı ailəyə “Qurban” əti paylanmışdır.
Rayon üzrə ötən 9 ayda yerli gəlirlərin icrası 7 milyon 61 min 237 manat və ya 84,7 % icra olunmuş, rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən 2015-ci ilin 9 ayı ərzində  242 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir
Hesabat dövrü rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatda duran 119 nəfərdən 24 nəfəri işlə təmin edilmişdir. Ümumiyyətlə, rayon üzrə 2015-ci ilin doqquz ayı ərzində 145 nəfər işlə təmin edilmişdir ki, onun da 32 nəfəri III rübün payına düşür.
Hesabat dövrü məktəblərimizdə maddi-texniki bazanın yaxşılaşması istiqamətində işlər davam etdirilərək müəyyən işlər görülmüşdür. Xanlıq ümumi orta məktəbi üçün yeni binanın tikintisi davam etdirilmiş, Muradxanl, Qubadlı şəhər-3 nömrəli məktəblərdə cari təmir işləri aparılmış, Çardaqlı tam orta məktəbində idman meydançası istifadəyə verilmiş, Saray tam orta məktəbində dəhlizdə təmir işləri aparılmışdır. Yerli büdcə hesabına 38 min 565 manat dəyərində inventar alınaraq məktəblərə verilmişdir. Rayon İcra Hakimiyyətinin köməkliyi ilə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 639 ədəd məktəbli dəsti şagirdlərə paylanmışdır.
Mərkəzi Xəstəxananın kollektivi də öz işlərini günün tələbləri baxımından qurmağa çalışmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin kütləvi profilaktik tibbi müayinədən keçməsi işi uğurla həyata keçirilmişdir. Rayon üzrə müayinədən keçən 32 min 542 nəfərdən 22 min 849 nəfəri rayon Poliklinikasının xidmətindən yararlanmışdır. Hazırda xəstəxananın qeydiyatında olan 404 nəfər şəkərli diabeti olan xəstələr vaxtlı-vaxtında dərman pereparatları ilə təmin olunurlar
          Məlum olduğu kimi indi ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da 01 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərə hazırlıq işləri davam edir. Seçkilərə hazırlıqla bağlı bütün tədbirlər Seçki Məcəlləsinin tələblərinə və mərkəzi orqanların müvafiq tövsiyyələrinə uyğun aparılır. Rayon İcra hakimiyyəti müvafiq qanunların tələblərini rəhbər tutaraq seçkilərlə bağlı öz üzərinə düşən vəzifələrin hamısını yerinə yetirmişdir.
Hesabat məruzəsi ətrafında müzakirələrdə rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nüsrət Əhmədovun, Rayon Təhsil şöbəsinin müdiri Afət xanım Allahverdiyeva və Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin müdiri Cəlaləddin Məmmədovun  çıxışları dinlənilmişdir.
Sonda yığıncaqda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 12 oktyabr 2015-ci il tarixli iclasındakı nitqində qarşıya qoyulan vəzifələrdən ətraflı bəhs edilərək, rayonun bütün icra sturukturlarına qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsi üçün konkret tapşırıqlar verildi və gündəlikdəki məsələ ilə bağlı qərar layihəsi qəbul edildi.

Keçidlər