Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü münasibətilə Qubadlı rayon İcra hakimiyyətində 12.12.2015-ci il tarixində keçirilən tədbir haqqında Məlumat

12 dekabr 2015 | 16:00

Dahi rəhbər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım tədbirləri rayonun idarə, müəssisə və təşkilatlarında, eləcədə rayonun ümumtəhsil məktəblərində silsilə tədbirlərlə qeyd olunur. Bu səpkidən olan yekun tədbir 12.12.2015-ci il tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü münasibətilə Qubadlı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov, RİH-nin məsul nümayəndələri, idarə müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Ümummilli liderin xatirəsinə həsr edilmiş tədbirdə iştirakçılar Qubadlı rayon  İcra hakimiyyətinin foyesində olan Ulu öndərin büstünün önünə gül dəstələri qoyuldular. Sonra tədbir Sumqayıt şəhərində yerləşən Bəyaz Sarayında davam etdirildi.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra  çıxış edən  Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov ümummilli lider Heydər Əliyevin fəaliyyətindən, onun  müasir Azərbaycan dövlətinin qorunub saxlanması və inkişafındakı rolundan bəhs etdi. Ulu öndərin müasir dövlətçilik tariximizdə quruculuq və xilaskarlıq missiyasından, apardığı daxili və xarici siyasətdən, Azərbaycanın tolerant ölkə kimi dünyada nüfuz qazanmasından, Qəbul edilən mütərəqqi qanunlardan, hakimiyyəti illərində gender bərabərliyinin təşəkkül tapmasından, azərbaycançılıq ideologiyasının milli ideologiyaya çevrilməsindən, dünya siyasətçiləri arasındakı reytinqindən, Azərbaycan dilinin, mədəniyyətin, elmin inkişafına verdiyi tövhələrdən danışdı. Bildirildi ki, Azərbaycan xalqının qəlbində əbədiyaşarlıq statusu qazanmış Heydər Əliyevin xatirəsi daima ürəklərdə yaşayacaqdır. Başçı qeyd etdi ki, bu gün Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya əsasında apardığı siyasət Azərbaycan dövlətini işıqlı gələcəyə doğru aparır. Azərbaycan dövləti bütün sahələr üzrə inamla inkişaf edir və getdikcə möhkəmlənir. Natiq nitqində əhalinin sosial vəziyyətinin yaxşılaşdığını qeyd edərək bildirdi ki, bu inkişaf məcburi köçkünlərin daima yeniləşən həyatında da özünü göstərir.
Tədbirdə “Əməkdar müəllim” Ədalət Əsədov “Heydər Əliyev və Azərbaycan” mövzusunda məruzə ilə çıxış etdi.
Sonra anım tədbiri ehsan süfrəsi ilə davam etdirildi.

Keçidlər