2 fevral Gənclər günü
2 fevral 2016-ci il tarixdə Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzində gənclər günü münasibətilə tədbir keçirilmişdir. Qubadlı rayon icra hakimiyyəti və Qubadlı rayon Gənclər və İdman idarəsi tərəfindən təşkil olunmuş tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva, idarə, müəssisə, təşkilatlarda çalışan gənclər, tələbələr və idmançılar iştirak etmişdilər.
Tədbir acıq elan edildikdən sonra Video çarx nümayiş etdirildi. Dəyirmi masada giriş nitqi söyləyən Qubadlı rayon Gənclər və Idman Idarəsinin rəisi Natiq Abbasov məlumat verildi ki, təkcə keçən 2015-ci ildə rayonumuzu təmsil edən idmançılar respublika birincilikləri və turnirlərində 56, Avropa, dünya və beynəlxalq yarışlarda 9 medal qazanmışlar. Rayon məktəblərinin məzunları sırasından 171 nəfər gənc ali məktəb tələbəsi adını qazanmış, o cumlədən Abbasov Nihad Natiq oğlu 700 bal toplayaraq president təqaüdçüsü olmuşdur. Hazırda respublikanın ali təhsil müəssisələrində 600-dən artıq qubadlı gənc təhsil alır. 28-dən artıq gəncimiz xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində elmin sirlərinə yiyələnirlər.
Sonra çıxış edən Quluzadə Günel, Xəlilzadə Mirəli və digər rayon gəncləri Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov cənablarının gənclərə göstərdiyi qayğıya, yaradıcı gəncləri üzə çıxarılması və onların Respublika səviyyəli tədbirlərdə , rayon idmançılarının Dünya və Avropa çempionatlarında iştirakına göstərdiyi köməyə görə rayonun gəncləri və idman ictimayyəti adınan minətdarlığını bildirdilər.
Dəyirmi Masada təbrik nitqi söyləyən rayon İcra Hakimiyyəti başçısının müavini, Xoşqədəm Aliyeva bildirdi ki, Azərbaycan bu gün dünya ölkələri içərisində iqtisadi- sosial inkişafına, siyasi sabitliyə və dünya ölkələri arasındakı nüfuzuna görə önəmli yer tutur. Dövlətimizin səsi dünyanın mötəbər təşkilatlarında eşidilir, beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bütün bunlar isə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətin nəticəsidir.
Qeyd olundu ki, ulu öndərin siyasi fəaliyyətində əsas, önəmli yerlərdən birini də gəncliyə diqqət və qayğı tuturdu. Həm Azərbaycana rəhbərlik etdiyi birinci dönəmdə, həm də müstəqil Azərbaycana rəhbərliyi illərində ulu öndər gəncliyin milli dəyərlərə hörmət və ehtiram ruhunda tərbiyə olunması, onların savadlı və bilikli olması, gənclərdə sağlam və fəal həyat tərzinin formalaşdırılması üçün genişmiqyaslı işlər, tədbirlər həyata keçirildiyini qeyd etdi. Hal-hazırda gənclər siyasəti Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Bu gün Azərbaycan gənci özünü xoşbəxt hesab edir, ona görə ki ona özünü göstərməsi üçün bütün imkanlar yaradılmışdır. Bu diqqət və qayğının nəticəsidir ki, indi Azərbaycan gəncinin səsi dünyanın ən qabaqcıl elm və təhsil ocaqlarından gəlir, gənclərimiz dünyanın beynəlxalq idman, mədəniyyət tədbirlərində xalqımızı, dövlətimizi layiqincə təmsil edirlər. Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına da olduqca müsbət təsir göstərir.
Sonda Rayonun ictimai siyasi həyatında fəal iştirak edən bir qrup gənc fəxri fərmanla təltif olundu.